AzərbaycanРусскийEnglish
06 yanvar 2017-ci il tarixindən AMEA İdarəetmə Sistemləri İnstitutunda magistrantların qış imtahan sessiyasının imtahanları keçirilməyə başlanmışdır. İmtahanlarda 060509 – "Kömpüter elmləri” və 060628 – "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan 3 magistrant iştirak edir.

"Kompüter elmləri” ixtisası üzrə imtahanlar 10, 16, 23, 27, 31 yanvar tarixlərinə, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə imtahanlar 06, 18, 23, 26, 31 yanvar tarixlərinə təyin olunmuşdur.
28 dekabr 2016-cı il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda aşağıdakı mövzular müzakirə olunmuşdur:

1. AMEA-nın 16 noyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair "Milli Strateqiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlərin Planı haqqında” 14/5№-li qərarı...
27 dekabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Rzayeva Nərmin Eldar qızının t.e.d., akademik T.Ə. Əliyevin rəhbərli ilə 1203.01 – "Kompüter elmləri” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Ürək küyünün robast noıse analiz texnologiyasının tətbiqi ilə ürək fəaliyyətinin monitorinqi sistemi ” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
23 dekabr 2016-cı ildə Bakıda Rusiya informasiya-mədəni mərkəzində "Alimlər – uşaqlara", "Yer və göy" və "2016-cı ilin Kitabları və yazıçı- yubilyarları" layihələrinin yekunlaşdırması ilə bağlı təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycandakı Rusiya əməkdaşlığı nümayəndəliyinin rəhbərinin müavini Aleksey Konnov layihənin reallaşdırmasında aktiv iştirak etmiş Azərbaycan alimlərinə : Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə üzrə prorektoru Gülşən Əliyevaya, Bakı Dövlət Universitetinin filologiya fakultəsinin dekan müavini Cavanşir Muradova, Azərbaycan Respublikası Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramovaya, Bakı Dövlət Universitetinin nəzdində yerləşən "Rus dünyası" Fondunun Rus mərkəzinin rəhbəri Arzu Məmmədovaya Təşəkkür məktubları verdi.
23 dekabr 2016-cı il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2016-cı ili əhatə edən hesabat iclası keçirilmişdir. Bölmənin akademik-katibi vəzifəsini icra edən, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat vermiş, iclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan 6 institutun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirmişdir.

İclasda AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev də illik hesabat ilə bağlı çıxış etmiş və bildirmişdir ki, 2016-cı ildə institutda böyük tətbiqi əhəmiyyəti olan 17 mövzu üzrə, 9 elmi tədqiqat işi aparılmış və bir sıra mühüm elmi nəticələr alınmışdır.
27 dekabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Rzayeva Nərmin Eldar qızının t.e.d., akademik T.Ə. Əliyevin rəhbərli ilə 1203.01 – "Kompüter elmləri” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Ürək küyünün robast noıse analiz texnologiyasının tətbiqi ilə ürək fəaliyyətinin monitorinqi sistemi ” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçiriləcək.
Avropa Birliyinin (AB) və digər beynəlxalq təşkilatların maliyələşdirdiyi layihələrdə Azərbaycan Texniki Universitetinin(AzTU) uğurlu iştirakı üçün Universitetdə layihələrin hazırlanması üzrə nəzarət qrupu yaradılacaq. Bu məqsədlə Avropa Birliyinin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) üzrə milli təmsilçisi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev AzTU-da olub.
16 dekabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Həsənov Vasif İlkan oğlunun t.e.d., dosent R.R. Rzayevin rəhbərli ilə 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Açıq korporativ şəbəkə mühitində informasiya təhlükəsizliyini təmin edən intelektual inteqrasiya sistemlərinin qurulması” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin müdiri, Avropa Birliyinin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET-in (Gələcəyin Qabaqcıl Texnologiyaları) milli təmsilçisi və HDM üzrə ələqələndirici şəxs Tofiq Babayev və Azərbaycan Gömrük Komitəsi Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov 15-16 dekabr Litvanın Vilnüs şəhərində 1-ci EU4Digital: elektron ticarət üzrə seminarda iştrak etmişdilər. Bu seminar AB-nin HDM təşəbbüsünün 2-ci panel iclasında (2nd HDM panel) təklif edilmişdir. EU4Digital şəbəkəsi Şərqi Tərəfdaşlıq və AB-nin partnyorları arasında kiçik və orta sahibkarlar üçün "eketron ticarət”, "elektron gömrük”, "elektron logistika”, rəqəmsal nəqliyyat dəhlizləri sahələri üzrə əməkdaşlıq və elektron ticarət əməliyyatları ücün təşviqi məkan yaradılmışdır.
16 dekabrda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135   illiyi  ilə əlaqədar keçirilən müsabiqə və qaliblərin təltifetmə mərasimi keçirilmişdir.

Tədbir çərçivəsində  "İKT üzrə ən yaxşı kitab”, "İKT üzrə ən yaxşı elmi məqalə”nin müəyyənləşdirilməsi üçün keçirilən  müsabiqənin qalibləri mükafatlandırılıb.