AzərbaycanРусскийEnglish
20 aprel 2017-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun 3.1, 3.2 saylı laboratoriyalarının Riyaziyyat və Mexanika İnstitutunun "Optimal idarəetmə şöbəsi” ilə birgə iclası keçirilmişdir. İclasda  Əşrəfova Yeganə Ramiz qızının riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin həll üsullarının işlənməsi və tətbiqi” mövzusu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
27 dekabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Rzayeva Nərmin Eldar qızının t.e.d., akademik T.Ə. Əliyevin rəhbərli ilə 1203.01 – "Kompüter elmləri” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Ürək küyünün robast noıse analiz texnologiyasının tətbiqi ilə ürək fəaliyyətinin monitorinqi sistemi ” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
16 dekabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Həsənov Vasif İlkan oğlunun t.e.d., dosent R.R. Rzayevin rəhbərli ilə 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Açıq korporativ şəbəkə mühitində informasiya təhlükəsizliyini təmin edən intelektual inteqrasiya sistemlərinin qurulması” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
01 dekabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Əmiraslonova Zərbaf Nüsrət qızının r.ü.f.d., dosent Ə.Paşayevın rəhbərli ilə 1203.01 – "Kompyuter elmləri” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Dəmir-beton konstruksiyalarında metal sərfinin optimallaşdırılması” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
14 oktyabr 2016-cı il tarixində AMEA İSİ "Beynəlxalq əlaqələr və innovasiyalar” şöbəsinin elmi işçisi Əliyeva Aygün Əkbər qızının t.e.d., professor Sultanova Rəna Polad qızınin rəhbərliyi ilə AMEA İqdisadiyyat İnstitutunda iqdisadiyyat üzrə fəlsəfə doktoru elmi adı almaq üçün "Azərbaycan sənaye müəssisələrində istehsala xidmətin təşkili” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirildi.
17 sentyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Mustafayeva Aidə Mübariz qızının t.e.d., professor S.Cəfərovün rəhbərləyə ilə 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Qeyri-səlis xaotik dinamik obyektlərdə idarəetmənin sintezi və təhlili” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
4 aprel 2016-cu ildə AMEA Fizika İnstitutundalaboratoriyaların birləşmiş seminarı keçirilmişdir. Seminarda 3.7. saylı Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə laboratoriyası , və Fizika İnstitutunun digər laboratoriyalarının əməkdaşları iştirak etmişdir. Seminarda  AMEA İSİ laboratoriya rəhbəri, t.e.d., professor E.Q.Şahbazov və  fizika üzrə fəlsəfə doktoru O. Z. Ələkpərov müzakirə keçirmişlər. Çıxış etdilər O.A.Dışın və E.A Kazımıov.
Sonda seminar müsbət qiymətləndirilmişdir və növbəti seminar vaxtı təyin olunmuşdur.

“Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasında müzakirə 28 dekabr 2015-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun "Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasında institutun dissertantı Göyüşov Aydın İslam oğlunun "Rabitə xidmətlərinin keyfiyyətini qiymətləndirən neyro-fuzzy modellərin və alqoritmlərin işlənməsi” mövzusunda fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.

19.01.2012-ci ildə Kibernetika İnstitutunda "Determenik sistemlərdə qərarqəbuletmənin ədədi üsullаrı”, "Texniki və ekoloji sistemlərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması”, "Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə problemləri” və "Texnoloji avadanlıqların və qurğuların etibarlılığının qiymətləndirilməsi və proqnozlaşdırılması” laboratoriyalarının birləşmiş seminarı keçirilmişdir. Seminarda, r.e.d. K.R.Aydazadənin rəhbərliyi ilə C.A.Əsədovanın 05.13.18- Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri ixtisası üzrə yerinə yetirdiyi "Boru kəməri nəqliyyatı sistemlərində keçid proseslərinin tədqiqatının ədədi üsulları və optimal idarə edilməsi” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlinin müzakirəsi keçirilmişdir.

 

http://isi.az/uploads/posts/1340094565_id241.jpg

13.01.2012-ci ildə Kibernetika İnstitutunda "Teletrafik nəzəriyyəsi”, "Texniki və ekoloji sistemlərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması”, "İntellektual sistemlər” və "Neft-qaz obyektlərinin informasiya ölçmə sistemləri” laboratoriyalarının birləşmiş seminarı keçirilmişdir . Seminarda, r.e.d. Ə.K.Kərimovun rəhbərliyi ilə Ü.Ş.Rzayevanın 01.01.09-Diskret riaziyyat və riyazi kibernetika ixtisası üzrə yerinə yetirdiyi "FL-münasibətlər əsasında tanınma sistemlərinin qurulması və analizi” mövzusunda və t.e.d., müxbir üzv A.Z.Məlikovun elmi rəhbərliyi ilə S.H.Əliyevanın 05-13.01 – Sistemli analiz, idarəetmə və informasiyanın emalı ixtisası üzrə yerinə yetirdiyi "Naqilsiz və optiki şəbəkə əlaqələrinin inteqrasiyası üsullarının və alqoritmlərinin işlənilməsi” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.