AzərbaycanРусскийEnglish
10 fevral 2017-cı il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda aşağıdakı mövzular müzakirə olunmuşdur:

1.AMEA-nın müxbir üzvlüyünə namizədlərin dəstəklənməsi haqqında.

2.Elmlər doktoru hazırlığı üzrə İnstitutun doktoranturasına və dissertanturasına qəbul haqqında...
G Ü N D Ə L İ K

1. 20 yanvar faciəsinin 27-ci ildönümü haqqında;

2. "Azərbaycan” qazetində 09 yanvar 2017-ci il tarixli "AMEA- nın həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər haqqında” elana əsasən 4.1 saylı laboratoriyanın rəhbəri, i.e.d., prof. Q.C.İmanovun "iqtisadiyyat” ixtisası üzrə müxbir üzvlüyünə namizəd irəli sürülməsi;

3. AMEA-nın müxbir üzvlüyünə namizədlərin dəstəklənməsi haqqında...
28 dekabr 2016-cı il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda aşağıdakı mövzular müzakirə olunmuşdur:

1. AMEA-nın 16 noyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair "Milli Strateqiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlərin Planı haqqında” 14/5№-li qərarı...
15 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 3.5 saylı " Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə" laboratoriyasının, 4.3 saylı " Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi” laboratiyasının, 1.6 saylı "  İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri ” laboratoriyasının və  2.1 saylı "İdarəetmənin riyazi məsələləri” laboratoriyasının  2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
11 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 3.6 saylı "Biliklərin intellektual analizi" laboratoriyasının, 2.2 saylı "Stoxastik idarəetmə və tətbiqi statistika” laboratiyasının və 3.4 saylı "Ekoloji proseslərin modelləşdirilməsi ” laboratoriyasının   2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
8 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 1.9 saylı "Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri" laboratoriyasının, 1.5 saylı "Texniki obyektlərin monitorinqi  və nəzarət sistemləri” laboratiyasının, 1.10 saylı "Neft və qaz məhsulların nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması” laboratoriyasının, 1.7 saylı "İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının və 1.2 saylı "Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasinın   2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
7 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 3.1 saylı "Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı" laboratoriyasının  və 6 saylı "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin  2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
4 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 1.4 saylı - "Stoxаstik proseslərin identifikasiyası laboratoriyasının",  1.8 saylı- "Qeyri-stasionar proseslərin real vaxt rejimində analizi üsulları" laboratoriyasının , 2.3- saylı "Teletrafik nəzəriyyəsi" laboratoriyasının   2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
3 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun növbəti iclası keçirilmişdir. İclasda 2.5 saylı ”Diskret optimallaşdırılma modelləri və üsulları” laboratoriyasının, 2.6 saylı "İdarəetmənin ehtimal üsulları” laboratoriyasının, 3.7 saylı "Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə” laboratoriyasının və 3 saylı "İdarəetmə üsulları və modelləşdirmə” şöbəsi 2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.