| Laboratoriyanın adı | Fövqəladə hallarda idarəetmə laboratoriyası |
| Telefon | (+994 12) 539-69-48 |
| Laboratoriyanın müdiri | Sadıqov Əminağa Bəhmən oğlu AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor |
| Əsas fəaliyyət istiqamətləri | Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin, metodların və informasiya texnologiyalarının yaradılması. |
| Əsas elmi nəticələri | - İlk dəfə olaraq fövqəladə halların səbəb-nəticə və məkan-zaman əlamətlərinə görə identifikasiyası və təsnifatı üçün riyazi metodologiya işlənmiş, təhlükəyə məruz qalmış regionun idarəetmə obyekti kimi riyzi təsviri verilmişdir; - Fövqəladə hallarda çevik idarəetmə məsələlərinin həlli üçün riyazi modellər, metodlar və yeni informasiya texnologiyaları işlənmişdir; - Potensial təhlükəli obyektlərin pasportlaşdırılması üçün verilənlər bazasının yaradılması texnologiyası işlənmişdir; - Qəzaya səbəb olan təsədüfi hallar arasında səbəb-nəticə əlaqələrini aşkar etmək, qəza risklərinin yaranmasını qiymətləndirmək və ani dəyişiklikləri olan prosesləri modelləşdirmək və beləliklə ekoloji təhlükəli odyektlərin təhlükəsizliyini maksimum təmin etmək üçün yeni metodologiya işlənmişdir; - Qəzaların monitorinqi üçün nproqnoz məsələlərinin həll alqoritmləri işlənmişdir; - Zaman sıralarının qabaqcadan klasterləşdirilməsi yolu ilə ən yaxın qonşu metodu ilə proqnozlaşdırmanın selektiv və hibrid növlərinin kombinə edilmiş modelləri işlənmişdir; - Hava və su mühitində çirkləndirici maddələrin yayılmasının riyazi modelləri işlənmişdir; - Fövqəladə halların inkişaf proseslərinin dağıdıcı təsirlərin təzahürünün və müdafiə tədbirlərinin yerinə yetirilməsinin alternativlərini əks etdirən yönəldilmiş multiqraf şəklində göstərilməsi; - Fövqəladə hallarda əsas idarəetmə məsələlərinin ifadə edilməsi və onların operativ idarəetmə konturlarının iyerarxik sistem şəklində dekompozisiyası; - Qeyri-müəyyənlik şəraitində su ehtiyatlarının idarə edilməsinin riyazi modeli; - Qazdan təhlükəli müəssisənin ekoloji modelinin yaradılmasının riyazi modeli; - Yanan hissəciklərin sürətinin və maksimal uçuş məsafəsinin hesablanmasının analitik düsturu verilmişdir; - Texnogen təsir risklərinin minimallaşdırılması məsələsinin həllinin robast metodu təklif olunmuşdur; - Yanğın zamanı metropolitenin yeraltı qurğularında hava axınlarının hərəkətinin modelləşdirilməsi üçün ədədi modelləşdirmə metodu işlənmişdir; - Hərbi fəaliyyət ərazilərində ekoloji proseslərin riyazi modeli işlənmişdir. |
-
22.06.2026
UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək -
23.04.2026
İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək -
17.02.2026
XVI beynəlxalq konfrans keçiriləcək -
30.01.2026
"Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək


