Laboratoriyanın adı | Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyası |
Telefon | (+994 12) 510-93-72 |
Laboratoriyanın müdiri | Mənsimov Kamil Bayraməli oğlu Riyaziyyat elmləri doktoru, professor |
Əsas fəaliyyət istiqamətləri | Bəzi toplanmış və paylanmış parametrli sadə və çoxmərhələli determinik və stoxastik optimal idarəetmə məsələlərinin keyfiyyət nəzəriyyəsinin tədqiqi. |
Əsas elmi nəticələri | - Toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində məxsusi idarələri tədqiq etmək və optimallıq üçün yüksək tərtib zəruri şərtlər almaq üçün yeni, universal üsul təklif olunmuşdur; - Dəyişən strukturlu toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün birinci tərtib zəruri şərtlər alınmış və məxsusi idarələr tədqiq olunmuşdur; - Hamar olmayan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər alınmışdır; - Diskret iki parametrli optimal idarəetmə məsələlərində optimallıq üçün Krotov tipli kafi şərtlər tapılmış və yüksək tərtib zəruri şərtlər alınmışdır; - Lokal olmayan sərhəd şərtli optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər çıxarılmışdır; - Volterra tipli müxtəlif inteqral tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur; - Volterra tipli fərq tənliklər sistemi üçün optimal idarəetmə məsələsi qoyulmuş və optimallıq üçün zəruri şərtlər çıxarılmışdır; - Rosser tipli optimal idarə məsələlərində məxsusi idarələr tədqiq olunmuşdur; - Rosser tipli hibrid optimal idarəetmə məsələləri tədqiq olunmuşdur; - Kəsilməz-diskret optimal idarəetmə məsələlərində optimallıq üçün zəruri şərtlər isbat olunmuşdur; - Gecikməyə malik xətti bircins olmayan stoxastik İto tənliklər sisteminin Koşi matrisinin koməyi ilə həllinin göstərilişi tapılmışdır; - İto tənliklər sistemləri ilə təsvir olunan stoxastik optimal idarəetmə məsələlərində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər tapılmışdır; - Xətti bircins olmayan ikinci tərtib hiperbolik tip stoxastik Qursa-Darbu tənliklər sisteminin həllinin göstərilişi Riman matrisinin köməyi ilə tapılmışdır; - Stoxastik Qursa-Darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələlərində birinci və ikinci tərtib optimallıq şərtləri tapılmşdır. |
-
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
19.04.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək