AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yüksək Texnologiyalar Parkı inkubator rezidentliyinə seçim müsabiqəsi elan edir

17.05.2021 / Xəbərlər

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi məqsədilə biznes inkubasiya fəaliyyəti həyata keçirilir. Biznes inkubasiya fəaliyyətinin genişləndirilməsində məqsəd müasir elmi nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, rəqəmsal texnologiyalara əsaslanan biznesin inkişafı, həmçinin ölkədə sahibkarlıq fəaliyyəti və biznes mühitinin davamlı inkişafına töhfə verməkdir. 

Texnoparkda həyata keçirilən biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startaplar dəstəklənir. Proqramın əsas məqsədi ideya mərhələsində olan startapları prototip hazırlamaq səviyyəsinə çatdırmaq və bazarda investor axtarışına dəstək göstərməkdir.

YT Parkda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən, innovativ ideyası olan gənclərə dəstək məqsədilə inkubator rezidentliyinə seçim müsabiqəsi elan olunur:

- Biznes inkubator rezidentliyinə qəbul üçün startap və yeni texnologiyalara əsaslanan bütün layihələr üzrə müraciət edilə bilər;

- Texnoparklarda rezidentlik əldə edən layihələr YT Parkın biznes inkubasiya dəstəyindən yararlana biləcəklər;

- İddiaçılar öz layihələrini təqdimat (prezentasiya) formasında təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqədə qalib olmuş layihənin bütün xərcləri ayrılmış büdcə çərçivəsində “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin daxili imkanları hesabına qarşılanacaq.

Layihənin təqdimatı aşağıdakı bölmələrdən ibarət olmalıdır:

- Titul vərəqi;

- İnvestisiya layihəsinin xülasəsi;

- Komanda haqqında məlumat;

- İnvestisiya layihəsinin məqsədi;

- Təşkilati plan;

- İstehsalı nəzərdə tutulan məhsulun (iş və xidmətin) xarakteristikası;

- Satış bazarının xarakteristikası;

- İstehsal planı;

- Maliyyə planı;

- Digər məlumatlar.

Rezidentliyə namizədlərdən təqdimatlarını 14 iyun 2021-ci il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Əlaqələndirici şəxs: Aysel Qədirova

Tel.: (+994 12) 376 67 56 (daxili 101)

E-mail: [email protected]; [email protected]

science.gov.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi