Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
08.06.2021 / Dissertasiya şurasının iclasları8 iyun 2021-ci il tarixində saat 15:00 -da İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən D1.20 dissertasiya şurasının elmi seminarının iclasında iddiaçı Əliyeva Firuzə Allahqulu qızı tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim olunan «Fasiləsiz proseslərdə istehsal gücünün verilmiş planlaşdırma periodu üzrə optimal bölüşdürülməsi (yağların hidrotəmizlənmə prosesi nümunəsində)» mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.
Dissertasiya işi müdafiə şurasının qərarı ilə növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında keçirilmişdir.