AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər

10.06.2021 / Xəbərlər

Alimlər qütb parıltısı ilə nəticələnən hadisəni ilk dəfə olaraq laboratoriya şəraitində imitasiya ediblər.

Qütb parıltısı Yerin maqnitosferi ilə Günəş küləyindən olan elektronların qarşılıqlı təsiri nəticəsində baş verir. Yerin maqnit sahəsi bu zərrəcikləri tutan zaman onlar qüvvə xətləri boyunca hərəkət etməyə başlayır. Nəticədə elektronlar planetin atmosferində qütblərə doğru gedir. Orada azot və oksigen molekulları ilə qarşılaşır və beləliklə, göy-yaşıl parıltı meydana gəlir.

Amerikalı fiziklər bu prosesi laboratoriyada plazma generatorunun köməyilə təkrarlayıblar. Onlar öz tədqiqatlarını görkəmli fizik Lev Landaunun 1947-ci ildə irəli sürdüyü nəzəriyyə ilə əsaslandırıblar. Alim aşkar edib ki, elektromaqnit dalğalar və plazma buludunun daxilindəki müxtəlif yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində elektronların hərəkəti sürətlənəcək. Atmosferdə bu cür titrəyişin mənbəyi Alfven dalğaları ola bilər. Bu müddəaları rəhbər tutan ABŞ-ın Ayova ştatı universitetinin professoru Kreyq Kletsinq və onun həmkarları aşağı yerətrafı orbitin və qütblər üzərində ionosferin yuxarı qatlarının şəraitini yaradaraq Alfven dalğalarının və yüksək enerji elektronlarının qarşılıqlı təsirini izləyiblər.

Məlum olub ki, Alfven dalğaları ilə qarşılıqlı təsir nəticəsində elektronların təqribən 0,1 faizi həqiqətən kəskin şəkildə sürətlənib. Alimlərin fikrincə, bu sürət elektronların ionosferin aşağı qatlarına daxil olmasına, orada azot və oksigen atom və molekulları ilə toqquşmasına kifayət etməlidir.

Fiziklər ümid edirlər ki, gələcək təcrübələr elektronların necə sürətləndiyini təfərrüatı ilə öyrənməyə imkan yaradacaq. Bunun nəticəsində qütb parıltılarının yaranmasının və yoxa çıxmasının digər mexanizmlərini də öyrənmək mümkün olacaq.

“AzərTac”

 

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi