Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda “Sabahın alimləri” müsabiqəsinə hazırlaşan şagirdlərlə görüş keçirilib

09.09.2021 / Xəbərlər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 8 sentyabr 2021-ci il tarixində 189-190 saylı tam orta məktəbin şagirdləri ilə görüş keçirilib. Görüşdə şagirdlərlə yanaşı adı çəkilən məktəbin direktoru və riyaziyyat müəllimi, İnstitutun rəhbərliyi və bir neçə əməkdaşı iştirak ediblər.

 

İclası İnstitutun baş direktoru, akademik Əli Abbasov açaraq bildirib ki, “Sabahın alimləri” Respublika Müsabiqəsi Təhsil Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildən etibarən keçirilir və müsabiqəyə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi təşkilatçılıq edir.

 

Akademik Ə.Abbasov qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası bütün müsabiqələrdə əsas təşkilatçılardan biri kimi Təhsil Nazirliyi və orta məktəblərlə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərək layihələrə elmi dəstək verib. İdarəetmə Sistemləri İnstitutu da AMEA-nın aparıcı elmi müəssisəsi kimi bu prosesdə həmişə yaxından iştirak edib və bundan sonra da edəcək.

 

Ə.Abbasov AMEA alimlərinin elmi məsləhət verdiyi layihələrin müsabiqələrdə həmişə uğur qazandıqlarını və bir neçəsinin final mərhəsinə çıxaraq ABŞ-da keçirilən – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (İSEF) vəsiqə aldıqlarını vurğulayaraq, İSİ-nin idarəetmə, kompüter elmləri, müsir informasiya texnologiyaları və süni intellekt sahələrindəki elmi araşdırmaların gənc tədqiqatçılar üçün böyük maraq kəsb etdiyini bildirib. O, 189-190 saylı tam orta məktəbin rəhbərliyinin İSİ-nin alimlərini məktəbin komandasına elmi məsləhətçi kimi seçməsinin də bu maraqdan irəli gəldiyini qeyd etdi.

 

Çıxışının sonunda Ə.Abbasov 189-190 saylı tam orta məktəbin şagirdlərinə müsabiqədə İSİ-nin bir sıra aliminin rəhbərlik edəcəyini bildirərək onlara uğurlar arzuladı.

 

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov çıxış edərək elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi baxımından “Sabahın alimləri” Respublika Müsabiqəsinin çox faydalı layihə olduğunu qeyd etdi. AMEA-nın məsul nümayəndəsi kimi indiyədək keçirilmiş müsabiqələrin hamısının təşkilat komitələrinin üzvü olduğunu qeyd edən Ə.Sadıqov, yüzlərlə şagirdin bu müsabiqələrdə böyük həvəslə iştirak etdiyinin şahidi olduğunu bildirdi. O, vurğuladı ki, AMEA-nın bütün institutları, o cümlədən İdarəetmə Sistemləri İnstitutu gənc istedadların erkən aşkar olunmasında və tədqiqat işlərinə cəlb edilməsində ən maraqlı qurumlardır. Ə.Sadıqov İSİ-də şagirdlərin layihə üzərində işləmələri üçün lazımi şəraitin yaradılacağını əminliklə bildirdi.

 

Daha sonra 189-190 saylı tam orta məktəbin direktoru Ceyran Kuliyeva çıxış edərək orta təhsilin keyfiyyətini artırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlardan və məqsədyönlü layihələrdən danışdı. O, “Sabahın alimləri” müsabiqəsinin də həmin layihələrdən biri olduğunu diqqətə çatdıraraq, AMEA-nın bu müsabiqənin əsas təşkilatçılarından biri olamasını, AMEA rəhbərliyinin və alimlərinin müsabiqə iştirakçılarına həm elmi, həm də təşkilati dəstək verməsini yüksək qiymətləndirdi. C.Kuliyeva bildirdi ki, müsabiqənin bir neçə müasir və aktual elmi istiqamətinin AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun profilinə uyğun olduğunu nəzərə alaraq şagirdlərimiz bu İnstitutun alimlərindən məsləhət almaq istəyini bildiriblər. Direktor məktəbin müraciətinə xüsusi diqqət ayırdıqları üçün AMEA-nın və İSİ-nin rəhbərliyinə minnətdarlığını ifadə etdi və şagirdlərin elmi məsləhətçilərinə öncədən təşəkkürünü bildirdi.

 

Sonra görüşdə iştirak edən texnika emləri doktorları Fərhad Paşayev və Asif Rzayev, dos. Ədalət Paşayev, institutun Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva və 189-190 saylı tam orta məktəbin riyaziyyat müəllimi Nüşabə Əhmədova çıxış edərək mövzuların seçilməsi, layihələrin hazırlanması və müsabiqəyə təqdim edilməsi ilə bağlı fikir mübadiləsi apardılar.

 

Sonda şagirdlər İSİ-nin sərgi zalında institutun elmi nailiyyətləri ilə tanış oldular.

Tweet
ELANLAR
  • 15.07.2022
    ''Endless Light in Science'' beynəlxalq elmi-praktik jurnalının növbəti sayı nəşr olunacaq
  • 28.06.2022
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 24.06.2022
    Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 22.06.2022
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu