AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • İllik hesabat
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda onlayn beynәlxalq elmi-praktik konfrans keçirilmişdir

25.10.2021 / Xəbərlər

Azәrbaycan Respublikası Müdafiə Nazirliyinin tәşkilatçılığı ilə Silahlı Qüvvәlәrinin Hәrbi Akademiyasında “2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda onlayn beynәlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfrans Türkiyә Respublikasının Milli Müdafiә Universiteti, Pakistan İslam Respublikasının Milli Müdafiә Universiteti, Bolqarıstanın Q.S.Rakovski Milli Müdafiә Universiteti, Ukraynanın İvan Çernyaxovski adına Milli Müdafiә Universiteti, Polşanın Varmia vә Mazuri Universiteti, eləcə də Rumıniyanın I Karol Milli Müdafiә Universitetinin dəstəyi ilə baş tutmuşdur.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Milli Aerokosmik Agentliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri də iştirak etmişdir.

 Konfransın açılış mərasimində iclasında AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov “Hərbi Texnologiyaların İnkişafında  Süni  İntellektin Rolu” adlı məruzə ilə çıxış etmişdir. Ə.Abbasov qeyd etmişdir ki, elm və texnologiyaların inkişafında alınan nəticələrin tətbiq sahələri içərisində əsas yeri bütün dövrlərdə hərbi sənaye tutmuşdur. 4-cü sənaye inqilabının əsas istiqamətlərindən biri və bəlkə də birincisi olan süni intellektin yaranması və tətbiqi həmçinin hərbi texnologiyalara istiqamətlənmiş və bu sahədə qabaqcıl ölkələrdə yeni növ silahların yaradılmasında və hərbi əməliyyatların idarə olunmasında müəyyən nailiyyətlər əldə olunmuşdur.

Ə.Abbasov bildirmişdir ki, Süni intellektin(Sİ) hərbi sahədə tətbiqinin əsas istiqaməti pilotsuz uçuş aparatları(PUA) və döyüş robotlarıdır.­­­ PUA-lar əsasən zərbə-kəşfiyyat xarakterli olub avtonom, yaxud məsafədən idarə olunaraq ərazinin skan olunması, ərazidəki obyektlərin tanınması, canlılar da daxil olmaqla, hədəflərin seçilməsi və məhv edilməsi, özünümüdafiə, döyüş ərazilərində vəziyyətin dəyişmə xəritəsinin operativ hazırlanması, naviqasiya və operativ mərkəzlə kommunikasiya və s. funksiyaları yerinə yetirirlər.

PUA-lardan bəhs edən Ə.Abbasov Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ölkəmizin işğal olunmuş əraziləri uğrunda apardığı 44 günlük müharibədə erməni silahlı qüvvələrinin darmadağın edilməsində PUA-ların əhəmiyyətli rolunu da xüsusilə qeyd etmişdir.

Konfransda, həmçinin AMEA-nın müşaviri akademik Telman Əliyev “Intelligent adaptive vibration technology for diagnostics of weapons and military equipment” mövzusunda məruzə ilə çıxış etmiş və bildirmişdir ki, təklif olunan problem hərbi silahların və hərbi texnikanın real vuruş şəraitində diaqnostika probleminə həsr edilmişdir. Bildirib ki, hazırda ən effektiv diaqnostika texnologiyaları əsas vibrasiya texnologiyları vasitəsilə həyata keçirilir, lakin döyüş şəraitində diaqnostikanın adekvatlığını həll etmək üçün iki problemi həll etmək lazımdır.

Tweet
ELANLAR
  • 28.08.2023
    “Kibernetika və İnformatika Problemləri” mövzusunda 5-ci beynəlxalq konfrans (PCI`2023) keçiriləcək
  • 21.07.2023
    "Horizon Avropa" Proqramına layihələrin hazırlanması üzrə təlimlər keçiriləcək
  • 11.07.2023
    Modelləşdirmə, nəzarət və informasiya texnologiyaları (MCIT-2023) mövzusunda beynəlxalq konfrans keçiriləcək
  • 04.07.2023
    “Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar” adlı beynəlxalq konfrans keçiriləcəkdir
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON 2020
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu
Saytın xəritəsi