“Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək
14.09.2022 / Maraqlı məlumatlarAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 28 oktyabr 2022-ci il tarixində Azərbaycanda 2022-ci ilin “Şuşa ili” elan edilməsinə həsr edilmiş “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirir.
Konfransın aşağıdakı bölmələr üzrə aparılması nəzərdə tutulmuşdur:
1. Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri
2. Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması
3. Qeyri-maddi mədəni irsin aktuallaşdırılması
4. Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi
5. Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis və rus dilləridir.
Konfransın yerli iştirakçılar üçün offline, xarici iştirakçılar üçün isə Zoom platformasında aparılması nəzərdə tutulmuşdur. Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formatda 28 avqust 2022-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: medeniirs2022@gmail.сom
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: