AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub

27.09.2022 / Maraqlı məlumatlar

Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub. Bunun vasitəsilə mütəxəssislər kosmik obyektlərin uçuş trayektoriyalarının dəyişilmə mümkünlüyünü yoxlamaq istəyiblər. NASA tərəfindən reallaşdırılmış missiya çərçivəsində əldə edilmiş nəticələr gələcəkdə Yer kürəsini potensial təhlükəli kosmik obyektlərdən qorumaq imkanını verəcəklər. NASA-nın Double Asteroid Redirection Test (DART) adlı kosmik aparatı Yer kürəsindən 11 milyon km uzaqlıqda yerləşən Dimorf adlı asteroidlə toqquşub. Toqquşma anı Bakı vaxtı ilə gecə saat 03:14-də baş tutub. Reallaşdırılmış missiyanın əsas məqsədi Didim adlı asteroidin ətrafında dövr edən Dimorf adlı digər asteroidin uçuş orbitini dəyişmək olub. Adları sadalanmış bu iki asteroid Yer kürəsinə heç bir təhlükə sərgiləmirlər. Buna görə də NASA bu cür missiyanın reallaşdırılmasına qərar verib.

NASA mütəxəssislərinin sözlərinə əsasən baş tutmuş bu missiya uğurla yekunlaşıb. 550 kq ağırlığında olan DART aparatı saatda 22 530 kmsürət yığaraq Dimorfla toqquşub. Məlumatda qeyd edilib ki, prosesin böyük hissəsi aparat tərəfindən avtonom rejimdə reallaşdırılıb. Aparatın konstruksiyasında olan kamera toqquşma anına kimi hər saniyə ərzində bir foto çəkərək Yer kürəsinə göndərib. Son göndərilmiş fotolar arasında asteroidin səthini görmək mümkündür. Təbii ki, toqquşma baş verəndən sonra fotoların göndərilməsi dayanıb. Asteroidlərin orbitlərinin dəyişilməsi istiqamətində kinetik təsir alimlər tərəfindən təqdim olunan hələ ki, yeganə üsuldur. Yer kürəsinin daha böyük ölçülü kosmik obyektlə toqquşma ehtimalı az olsa da, bu cür risk mövcuddur. NASA mütəxəssisləri bizim planetimiz üçün ciddi təhlükə mənbəyi ola biləcək bir sıra asteroidi artıq aşkar ediblər.

Dimorf və Didim asteroidlərindən ibarət sistemin bu test üçün seçilməsi heç də təsadüfi deyil. Belə ki, Dimorfun Didim ətrafında dövr müddəti 11 saat 55 dəqiqə təşkil edir. Buna görə də orbitdə ola biləcək istənilən dəyişiklik tez bir zamanda təyin ediləcək. Gözləntilərə əsasən DART ilə toqquşma Dimorfun öz orbitində sürətini təqribi olaraq 10 dəqiqə yüksəldəcək. DART missiyasının ilk nəticələri artıq bugün təqdim edilməlidir. Alimlər güman edirlər ki, toqquşma nəticəsində Dimorfun səthində 20 metr ölçüdə krater yaranıb. Toqquşmadan uzun müddət öncə DART aparatının konstruksiyasından LICIACube adlı kubsat (kosmosun tədqiqatı üçün nəzərdə tutulmuş kiçik ölçülü və kub formasında olan süni peyk) ayrılmışdı. Sözügedən kubsat toqquşma ərazisinin fotolarını çəkib. Həmin fotolar bir neçə gündən sonra təqdim olunmalıdır. 

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi