AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilib

15.02.2017 / Xəbərlər

Fevralın 15-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov "Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi-tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
Nazim Məmmədov qeyd edib ki, Bölmə XXI əsrin çağırışlarını, Prezident İlham Əliyevin elmi müəssisələrin qarşısında qoyduğu vəzifələri rəhbər tutaraq, yaxın illərdə Azərbaycanda fizika-riyaziyyat və texnika elmləri sahəsində tədqiqatların prioritet istiqamətlərini müəyyən edib. Bildirib ki, ötən il bölmənin elmi müəssisələrində kondensə olunmuş hal fizikası, nüvə və yüksək enerjilər fizikası, informasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemləri və digər prioritet istiqamətlərdə tədqiqat işləri aparılıb. Alimin sözlərinə görə, 2016-cı ildə 19 tədqiqat işinin nəticəsi artıq tətbiq edilməyə başlanıb: "Əlyazma formalarının tanınması üçün kompüter sisteminin alqoritmləri və proqram təminatı işlənilib. Sistem qəbul imtahanları zamanı abituriyentlər tərəfindən doldurulmuş cavab kartlarının tanınması və emalı üçün Dövlət İmtahan Mərkəzində sınaqdan keçirilib və istismara verilib. Bundan əlavə, İdarəetmə Sistemləri İnstitutunda layihələndirilmiş Nəzarət və İdarəetmə sistemləri AzNeft İstehsalat Birliyində kütləvi tətbiq edilməyə başlanılıb”.
2016-cı ildə bölmənin alimlərinin 1068 məqaləsinin nəşr olunduğunu vurğulayan Fizika İnstitutunun direktoru bunlardan 413-ünün SCOPUS və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnallarda, konfrans materiallarında dərc edildiyini deyib.
Hesabat dövründə elmin maddi-texniki bazasının və informasiya təminatı sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərdən danışan Nazim Məmmədov bildirib ki, bu məqsədlə AzScienceNet şəbəkəsinin DATA Mərkəzinin texniki imkanları artırılıb, şəbəkənin internetə çıxış sürəti 1,41 Gbit/s-ə çatdırılıb.
Alim hesabat ilində bölmənin dörd institutunda magistraturaya qəbul prosesinin aparıldığını qeyd edib: "Hazırda institutlarımızda 22 magistrant təhsil alır. Bölmənin əməkdaşları respublikamızla yanaşı, Türkiyə, Almaniya, Böyük Britaniya, ABŞ, Meksika, Səudiyyə Ərəbistanı və digər ölkələrin universitetlərində professor, dəvətli professor kimi pedaqoji fəaliyyətlə məşğul olur, ixtisas kursları aparır, bakalavr və magistr işlərinə elmi rəhbərlik edirlər.
Ötən il ölkə ərazisində radiasiya fonu və radioaktivlik üzrə tədqiqatların aparıldığını vurğulayan Nazim Məmmədov bildirib ki, cəbhəyanı rayonların erməni hərbi birləşmələri tərəfindən atəşə tutulması nəticəsində zərərçəkmiş yaşayış məntəqələrinin, əkin sahələrinin bakterioloji, radioloji və kimyəvi çirklənmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə kompleks xarakterli ekspres təhlillər aparılıb.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat qənaətbəxş hesab edilib. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi-tədqiqatların prioritet istiqamətləri təsdiq edilib, bir sıra tapşırıqlar verilib.

Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi