AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yeni süni intellekt aləti vasitəsilə xərçəng hüceyrələri, nanomiqyasda aşkarlana biləcək

29.08.2024 / Maraqlı məlumatlar

Çin və İspaniyadan olan tədqiqatçılar, AINU (Hüceyrə nüvəsi süni intellekti) adlı yeni süni intellekt vasitəsinin köməyi ilə xərçəng hüceyrələrini və virus infeksiyalarını nanomiqyasda aşkar etməyin mümkün olduğunu bildiriblər.
Nature Machine Intelligence jurnalında dərc olunan araşdırmada, İspaniyanın Genom Tənzimləmə Mərkəzi (CRG), Donostia Beynəlxalq Fizika Mərkəzi (DIPC), Bask Regional Universiteti (UPV/EHU) və Çinin Cənubi Tibb Universitetinin alimləri, AINU-nun hüceyrələrdə insan saçının genişliyindən 5 min dəfə daha kiçik dəyişiklikləri müşahidə edə bildiyini qeyd edib.

Tədqiqatçılar, müxtəlif situasiyalarda bir çox hüceyrə nüvəsinin nano rezolyusiyaya malik şəkillərini AINU-ya yüklədiklərini və süni intellekt vasitəsinin şəkilləri müqayisə edərək xərçəng hüceyrələrini və virus infeksiyalarını aşkarlaya bildiyini bildiriblər. Məqalə müəlliflərindən biri, Bask Regional Universitetinin Kompüter Elmləri və Süni İntellekt Departamentinin elmi işçisi Ignacio Arganda Carreras, infeksiyanın aşkarlanmasının uzun vaxt tələb etdiyini, çünki həkimlərin xaricdən görünə bilən simptomlar və ya bədəndə müşahidə edilən daha böyük dəyişikliklərə əsaslanaraq diaqnoz qoyduqlarını bildirərək "AINU-nun köməyi ilə hüceyrə nüvəsindəki ən kiçik dəyişiklikləri dərhal müşahidə edə bilərik" deyə ifadə edib.

Tədqiqatçılar, AINU sayəsində hüceyrə nüvəsindəki xərçəng və infeksiyaların aşkarlanmasının asanlaşdığını bildirərkən, süni intellekt alətlərinin istifadəsində bəzi iqtisadi və texniki maneələrin olduğunu qeyd edirlər. Bu maneələrdən biri AINU-da istifadə edilən nano-rezolyasiyalı şəkillərin əldə edilməsinin çox bahalı proses olması, digəri isə süni intellekt vasitəsinin eyni anda yalnız bir neçə hüceyrəni təhlil edə bilməsidir.

 

technote.az

 

Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi