AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Batareyaların ömrünü 50%-ə qədər artırmağın sadə bir yolu kəşf edilib!

30.09.2024 / Maraqlı məlumatlar

Litium-ion batareyaların ömrü məhduddur, lakin ABŞ tədqiqatçıları litium-ion batareyaların ömrünü 50%-ə qədər artıran sadə üsul kəşf ediblər.
Joule jurnalında dərc olunan araşdırmada alimlər batareyaların ilk doldurulmasının yüksək cərəyanlarla edilməsinin onların dövr ömrünü orta hesabla 50%-ə qədər artırdığını aşkar ediblər. Bu kəşfin səbəbi isə süni intellekt əsaslı elmi maşın öyrənməsi texnikaları vasitəsilə ortaya çıxarılıb. Yeni istehsal olunan litium-ion batareyasının pozitiv elektrodu istehsaldan dərhal sonra tamamilə litium ilə dolu olur. Lakin hər doldurma və boşaltma dövründə müəyyən miqdarda litium itir. Araşdırmanın baş müəlliflərindən olan Xiao Cui, bu litium itkilərini minimuma endirməyin batareya ömrünü uzatmağın açarı olduğunu vurğulayır.

Batareyanın fabrikdan çıxışında ilk doldurulması zamanı negativ elektrod üzərində "bərk elektrolit interfeysi (SEI)" adlanan bir təbəqə yaranır. Bu təbəqə, negativ elektrodu yan reaksiyalardan qoruyaraq batareyanın zamanla daha çox litium itirməsini və tez bir zamanda xarab olmasını əngəlləyir. Məhz bu SEI təbəqəsinin düzgün formalaşması batareyanın uzunömürlü olması üçün kritik əhəmiyyət daşıyır. Bu prosesə isə "formasiya doldurması" deyilir. Ənənəvi batareya istehsal proseslərində batareyanın ilk doldurulması adətən aşağı cərəyanlarla həyata keçirilir. Bu metod daha möhkəm bir SEI təbəqəsi yaradacağı düşüncəsi ilə seçilsə də, uzun doldurma müddətləri və yüksək xərclərə səbəb olur. SLAC-Stanford Batareya Mərkəzinin tədqiqatçıları Toyota Araşdırma İnstitutu (TRI), Massachusetts Texnologiya İnstitutu (MIT) və Washington Universitetindən olan alimlərlə əməkdaşlıq edərək, yüksək cərəyanla doldurmanın nəticələrini araşdırıblar. Maşın öyrənməsi metodlarını istifadə edərək SEI təbəqəsinin formalaşmasına təsir edən bütün mümkün amilləri test edən tədqiqatçılar, 2 əsas faktoru önə çıxarıblar: Temperatur və cərəyan gücü.

Komanda təsdiqləyib ki, aşağı cərəyan yerinə yüksək cərəyan istifadə etmək yalnız daha yaxşı nəticələr vermir, həm də batareyanın ömrünü 70%-ə qədər artırır, orta hesabla isə 50% yaxşılaşma təmin edir. Tədqiqatçılar bunu su dolu qabı daşımadan əvvəl bir qədər suyun boşaldılmasına bənzədirlər. Bu prosesə oxşar şəkildə ilk doldurulmada batareyadan daha çox litium ionunun kənarlaşdırılması uzunmüddətli performansı artırır. Araşdırma göstərir ki, batareyaların kimyasını dəyişmədən, yalnız istehsal prosesinin son mərhələsində edilən bu kiçik dəyişikliklə böyük faydalar əldə edilə bilər. Bu kəşf, həm istehsal xərclərini azaltmaq, həm də enerji saxlama sistemlərinin səmərəliliyini artırmaq potensialına malikdir. Bunun daha əvvəl kəşf edilməməsi isə qəribədir.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi