YouTube Premium Lite abunəlik tarifi yenidən istifadəyə veriləcək
21.10.2024 / Maraqlı məlumatlarYouTube 2023-cü ildə YouTube Premium Lite abunəlik tarifini ləğv etmişdi. Lakin görünür, videoservis bu abunəlik tarifini geri qaytarmağa hazırlaşır. Belə ki, Almaniya, Avstraliya və Taylanddakı istifadəçilər bildiriblər ki, YouTube Premium abunəliyini əldə etmək istəyən zaman videoservis onlara iki variantdan birini seçməyi təklif edir. Adi YouTube Premium və ya YouTube Premium Lite. Qeyd etmək lazımdır ki, Lite versiyanın qiyməti adi Premium-un qiymətinin yarısına bərabərdir. YouTube Premium Lite tarifində reklamlar tamamilə deaktiv olmur. Sadəcə onların sayı azalır. Üstəlik Lite versiyasının abunəçiləri həmçinin video yükləmə, fon rejimində videonun işə salınması və YouTube Music kimi özəlliklərdən məhrumdurlar. Google rəsmiləri təsdiqləyiblər ki, videoservis həqiqətən də yenilənmiş Premium Lite tarifini test edir.