AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Uranın peyki Ariel potensial olaraq səthaltı okeana sahibdir

13.02.2025 / Maraqlı məlumatlar
Hazırda alimlər hesab edirlər ki, Yupiter, Saturn, eləcə də Neptun və Uranın bəzi peykləri su dünyalarıdır. Yəni onların səthlərində olan qalın buz qatının alt hissəsində maye şəklində sudan ibarət okean mövcuddur. The Planetary Science Journal jurnalında dərc olunmuş yeni araşdırmanın müəllifləri belə nəticəyə gəliblər ki, Uranın Ariel adlı peykinin səthində olan karbon dioksid buz çöküntüləri səthaltı okeanın mövcudluğuna işarə edir. Science Alert saytı xəbər verib ki, alimlər karbon dioksid və digər karbon tərkibli birləşmələrdən ibarət buzun Ariel peykinin səthindəki çatlarda yerləşdiyini və bu qatların peykin daxilində baş verən kimyəvi proseslər nəticəsində yarandığını düşünürlər.
     
Bu o deməkdir ki, həmin çatlar Uranın peykinin daxili quruluşunu anlamağa kömək edə bilər. Alimlərin sözlərinə görə, bu buz dünyasının səthindəki heç bir başqa xüsusiyyət, həmin çatlar istisna olmaqla, daxildən materialın səthə çıxmasını göstərmir. Əvvəlki araşdırmalar bu çatların tektonik və vulkanik fəaliyyətin qarşılıqlı təsiri nəticəsində yarandığını ehtimal edirdi, lakin bu prosesin detalları aydın deyildi. İndi alimlər müşahidə və modelləşdirmə məlumatlarından istifadə edərək bu bilik boşluqlarını doldurmağa çalışıblar. Araşdırmanın müəllifləri belə nəticəyə gəliblər ki, Yer kürəsində məlum olan bir proses çox güman ki, Ariel peykindəki çatların yaranmasından cavabdehdir.
     
Bu proses spredinq adlanır və o, orta okean silsilələri bölgəsində baş verir. Bu zaman dəniz dibinin hissələri və materiallar aşağıdan yuxarı qalxaraq yeni qabıq hissəsini formalaşdırırlar. Ariel peykində spredinq prosesi daha isti materialın aşağıdan yuxarı qalxaraq peykin qabığını çatlatması və sonra yaranan çatlığı doldurması zamanı baş verə bilər. Keçmişdə Uranın peykləri orbit rezonansında olublar ki, bu da planetin qravitasiyasının peyklərin daxili hissəsini qızdırmasına səbəb olub. Alimlər hesab edirlər ki, bu proses nəticəsində Uranın peykinin səthi dəyişmiş, eyni zamanda onun daxili strukturu da dəyişikliklərə məruz qalmışdır.
     
Yəni, peykin daxilində maye şəklində sudan ibarət okeanın yaranması üçün əlverişli şərait formalaşmışdır. James Webb kosmik teleskopunun son müşahidələri göstərir ki, belə bir okean Ariel peykində mövcuddur. Əgər bu doğrudursa, o zaman okean çox güman ki, Arielin səthində və xüsusilə onun çatlarında karbon dioksid buzunun yaranmasından cavabdehdir. Alimlər hələlik okeanın ölçüsünü və dərinliyini qiymətləndirməyin çətin olduğunu bildirirlər. Araşdırmanın müəllifləri hesab edirlər ki, Uran və onun peyklərini tədqiq etmək üçün kosmik aparat göndərilməlidir. Bu, Arielin həqiqətən su dünyası olduğunu sübut etməyə imkan verəcək.
technote.az
Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi