AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google süni zəka vasitəsilə yaradılan kontentləri təyin edən yeni alətini təqdim edib

23.05.2025 / Maraqlı məlumatlar

Google şirkəti Google I/O 2025 konfransında yeni SynthID Detector alətini təqdim edib. Bu alət məzmunun süni zəka vasitəsilə yaradılıb-yaradılmadığını müəyyən etməyə imkan verir. Xidmət şəkil, mətn, audio və videonu analiz edərək, süni zəka ilə yaradılmış materiallara avtomatik şəkildə əlavə edilən gizli su nişanlarını (watermark) aşkar edir. Bu, Gemini, Imagen, Lyria və Veo kimi Google modelləri ilə yaradılmış məzmunlara da aiddir. Google DeepMind rəhbəri Pushmeet Kohli-nin sözlərinə görə, sistem kontentin hansı hissələrində bu nişanların yerləşdiyini dəqiqliklə təyin edir.
DeepMind SynthID

Məsələn, audio fayllarda SynthID Detector konkret vaxt aralıqlarını, şəkillərdə isə nişanın olma ehtimalı yüksək olan bölgələri tapır və işarələyir. Hazırda sistem məhdud istifadəçi qrupu arasında sınaqdan keçirilir. Sınağın ilk mərhələsindən sonra isə gözləmə siyahısına (SynthID Detector Waitlist) qeydiyyatdan keçmiş istifadəçilərə tədricən giriş imkanı veriləcək. Kohli bildirib ki, şirkət istifadəçilərin rəyini də nəzərə alaraq bu identifikasiya sistemini təkmilləşdirməyi planlaşdırır. Hazırda SynthID Detector yalnız Google məhsulları ilə yaradılmış məzmunla işləyir. Lakin gələcəkdə bu funksionallığın digər süni zəka sistemlərinə də genişləndirilməsi nəzərdən keçirilir. Bu alətin hamı üçün nə zaman əlçatan olacağı isə hələ ki, məlum deyil.

technote.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi