AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasından tam üzvlük statusu alıb

08.08.2025 / Mühüm xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq əlaqələrini genişləndirməyə davam edir. Belə ki, AMEA ötən 3 il ərzində tarixində ilk dəfə olaraq bir sıra nüfuzlu beynəlxalq elmi təşkilatın - Beynəlxalq Elmi Şuranın (ISC), Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (AASSA) səsvermə hüququna malik olan üzvü seçilib.

Beynəlxalq elmi təşkilatların işində tamhüquqlu üzv kimi iştirak etmək Akademiya əməkdaşlarının dünya elminin nailiyyətlərini, aparıcı istiqamətlərini, problemlərini daha yaxından öyrənmələrinə, beynəlxalq tədbirlərdə bərabər hüquqlara malik olan üzv kimi daha fəal iştirak etmələrinə, dünya elminə inteqrasiya proseslərinin daha intensiv şəkildə təşkilinə imkan yaradır.

Bu istiqamətdə Milli Elmlər Akademiyası daha bir uğura imza ataraq Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (IAP) ilkin (müvəqqəti) üzvlük statusundan tam üzvlüyə keçib.

Bununla bağlı IAP-ın prezidentləri Masresha Fetene və Margaret A. Hamburg adından AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə məktub göndərilib.

Məktubda deyilir:

“Hörmətli akademik İsa Həbibbəyli,

Akademiyalararası Tərəfdaşlıq Təşkilatı (IAP) adından Sizə məlumat verməkdən məmnunluq duyuruq ki, IAP Baş Assambleyası tərəfindən Akademiyanızın ilkin (müvəqqəti) üzvlük statusundan tam üzvlüyə keçidi təsdiq olunub və bu, IAP-nin veb saytında əks olunacaq. Bu nailiyyət münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Tam üzvlüyünüz artıq qüvvədədir və IAP-nin fəaliyyətində və təşəbbüslərində davamlı və fəal iştirakınızı səbirsizliklə gözləyirik. Üzvlük məlumatlarınızın tamamlanması üçün əlavə məlumat lazım olduğu təqdirdə, IAP Katibliyinin nümayəndəsi sizinlə əlaqə saxlaya bilər.

Eyni zamanda, bu fürsətdən istifadə edərək, sizi 2025-ci ilin dekabr ayında Misirin Qahirə şəhərində keçiriləcək IAP Konfransı və Baş Assambleyasında iştirak etməyə dəvət edirik. Bu tədbir üzv akademiyalarla tanış olmaq, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını araşdırmaq üçün yaxşı fürsət olacaq. Proqram, təşkilati məsələlər və qeydiyyatla bağlı əlavə məlumatlar bütün üzvlərlə yaxın zamanda paylaşılacaq. Bəzi ilkin məlumatlarla bu linkdən http://www.interacademies.org tanış ola bilərsiniz.

Tam üzv kimi Akademiyanızı aşağıdakı fəaliyyətlərə təşviq edirik:

- IAP-nin regional və qlobal proqramlarında və tədqiqatlarında iştirak etmək;

- IAP-nin işçi qrupları və komitələri üçün ekspertlərin namizədliyini təqdim etmək;

- IAP-nin bəyanatlarına və məsləhətləşmələrinə töhfə vermək;

- IAP-nin kommunikasiya və potensialın artırılması təşəbbüslərinə qoşulmaq;

- Ümumi prioritetlərimizin müəyyənləşdirilməsinə yardım üçün IAP-nin sorğularına və fikir bildirmək üçün çağırışlarına cavab vermək.

Ümid edirik ki, Akademiyanız IAP-nin gələcəyinin formalaşmasında fəal iştirak edəcək və elmin, səhiyyənin və siyasətin qlobal səviyyədə təşviqinə fənlərarası və akademiyalararası əməkdaşlıq yolu ilə töhfə verəcək. Bir daha sizi bu mühüm addım münasibətilə təbrik edirik və IAP-nin tamhüquqlu üzvü kimi salamlayırıq.

Səmimi hörmətlə,

Margaret (Peggy) Hamburg

Masresha Fetene”

Qeyd edək ki, mərkəzi Yunanıstanın paytaxtı Afinada yerləşən Beynəlxalq Platon Akademiyasından da üzvlüyə razılıqla bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə məktub göndərilib.

 

science.gov.az

 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi