
Alimlər bioloji parçalanmaya məruz qalan dözümlü plastik material hazırlayıblar
09.09.2025 / Maraqlı məlumatlar
Yaponiyadan olan bir qrup biomühəndis bağırsaqçöpü bakteriyalarını sintez edib. Bu bakteriyalar sənayedə geniş istifadə olunan termoplastik material - polietilentereftalatın (PET) alternativini istehsal edə bilirlər. Bu materialdan qab-qacaq və qablaşdırma hazırlanır. Yeni material yalnız təbii şəraitdə parçalanmır, həm də üstün fiziki keyfiyyətlərə malikdir. Üstəlik, bakteriyalar onu qlükoza əsasında misilsiz miqdarda və əlavə yan məhsullar olmadan istehsal edə bilirlər. Plastikin davamlılığı bu materialın əsas üstünlüklərindən biridir, lakin eyni zamanda ekologiya mühafizəçilərinin narahatlığının səbəbidir. Bundan başqa, o, neft məhsullarından hazırlanır ki, buna münasibət isə geosiyasətdən asılıdır. Bir çox tədqiqat qrupu təbii şəraitdə tez bir zamanda tərkib hissələrinə parçalanan plastik əvəzi axtarır, lakin çox vaxt aşağı çıxım, zəif təmizlik səviyyəsi və nəticədə yüksək maya dəyəri ilə üzləşirlər.


