
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
11.09.2025 / Mühüm xəbərlər
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və şöbənin aparıcı mühəndis proqramçısı Xalidə Məlikova 9-11 sentyabr 2025-ci il tarixlərində Gürcüstanın Kutaisi şəhərində keçirilən “Transport Bridge Europe-Asia” adlı 9-cu Polşa-Gürcüstan Beynəlxalq Elmi Konfransında iştirak ediblər.
Konfrans Polşanın Sileziya Texnologiya Universitetinin dəstəyi ilə Akaki Tsereteli adına Kutaisi Universiteti tərəfindən təşkil edilib.
Dünyanın qabaqcıl 8 ölkəsindən 20-dən çox nümayəndənin iştirak etdiyi konfransın plenar iclasında Tofiq Babayev çıxış edərək İSİ adından konfrans iştirakçılarını salamlayıb, 2026-cı ildə Bakıda keçiriləcək PLMO2026 beynəlxalq konfrans barədə məlumat verib və iştirakçıları konfransa dəvət edib. Eyni zamanda, PLMO2024 məqalələrinin “IEEE Xplore” elektron kitabxanasına daxil edildiyini və PLMO2025 məqalələrinin Springer nəşriyyatında çap ediləcəyini bildirib.
Xalidə Məlikova konfransda “Assessment of Transport and Logistics Sector Digitalization Level in the Republic of Azerbaijan” (Azərbaycanda nəqliyyat və logistika sektorunun rəqəmsallaşdırılması səviyyəsinin qiymətləndirlməsi) adlı təqdimatla çıxış edib.


