
İdarəetmə Sistemləri İnstitutun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
11.11.2025 / Mühüm xəbərlər
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutun əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. 6-8 noyabr 2025-ci il tarixlərində Ukraynanın Rivne şəhərində keçirilən Modelləşdirmə, idarəetmə və informasiya texnologiyaları üzrə VІІI beynəlxalq elmi-praktik konfransa Azərbaycandan ümumilikdə, 15 məruzə təqdim olunub.
İnstitutun Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının kiçik elmi işçisi Ülviyyə Göyüşova t.e.d., dosent E.Səbziyev və r.ü.f.d., dosent Ə.Paşayevin həmmüəllifliyi ilə Curve Detection from Images in Video-Based Navigation Methods, Esmira Məmmədova A.Həsənov, E.Səbziyev, A.Paşayev, S.Saidivaliev və M.Khadzhimukhametovanın həmmüəllifliyi ilə Mathematical Modeling of Coupled Wagon Movement on a Railway Hump, Sadiq Məlikov Ə.Paşayev və E.Səbziyevin həmmüəllifliyi ilə On The Improving Algorithm for Stitching Images, Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının elmi işçisi, t.ü.f.d. Rüstəm Əzimov А Comprehensive Methodology for Authorship Attribution of Literary Textual Works adlı məruzələrlə çıxış ediblər.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:


