
V Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi Konfransı keçiriləcək

Təbii Fəlakətləri İdarə etmə Təşəbbüsləri və Uyğunlaşdırma Cəmiyyəti (Disaster Management Initiatives and Convergence Society) tədqiqatçıları 24-27 noyabr 2021-ci ildə Hindistanda keçiriləcək 5-ci Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi konfransına dəvət edir.
Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi Konfransı (WCDM) dünyadakı tədqiqatçıları, siyasətçiləri və təcrübəçiləri təbii fəlakət riskinin idarə edilməsi məsələlərini müzakirə etmək məqsədilə eyni platformada toplayan platformadır. Konfransın missiyası riskləri müəyyən etmək, onların azaldılması və fəlakətlərə qarşı dayanıqlılığın artırılması istiqamətində tədbirlərin görülməsi üçün elm, siyasət və təcrübələrin qarşılıqlı fəaliyyətini təşviq etməkdir. Tədbir BMT sistemi xaricində fəlakət idarəçiliyi mövzusunda ən böyük qlobal konfransdır.
Xülasələrin göndərilməsi üçün son tarix: 31 mart 2021
Qəbul edilmiş xülasələrin elanı: 30 aprel 2021
Tam mətnlərin göndərilməsi üçün son tarix: 31 avqust 2021
mənbə: unec.edu.az
-
28.08.2023
5th International Conference "Problems of Cybernetics and Informatics" (PCI 2023) will be held -
21.07.2023
"Horizon Avropa" Proqramına layihələrin hazırlanması üzrə təlimlər keçiriləcək -
11.07.2023
Modelləşdirmə, nəzarət və informasiya texnologiyaları (MCIT-2023) mövzusunda beynəlxalq konfrans keçiriləcək -
04.07.2023
“Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar” adlı beynəlxalq konfrans keçiriləcəkdir