AzMİU-da Respublika Elmi-texniki konfrans keçiriləcək
15 April 2021Azərbaycan Memarlıq və İnşaat Universitetində 2021-ci il May ayının 21-22 tarixlərində «İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri» mövzusunda Respublika Elmi-texniki Konfransı keçiriləcək.
Konfransda Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərində aşağıdakı sahələr üzrə yaranmış risklər və onların idarə olunmasına aid mövzularda məruzələr müzakirə olunacaqdır:
Memarlıq abidələri və tarixi-arxeloji obyektlər üçün yaranmış risklər
Hərbi əməliyyatlar və ərazilərin minalanması nəticəsində yaranmış risklər
Ekoloji mənşəli təhlükəli risklər
Ermənistan tərəfindən aparılan dag-mədən işlərindən yaranmış risklər
Meşələrin yandırılması nəticəsində fauna və flora üçün yaranmış risklər
Su resursları və hidrotexniki qurğular üçün yaranmış risklər
Konfransın Proqramına orijinal tədqiqatların nəticələri və xülasələr daxil ediləcəkdir
Tezislərin tərtibatına tələbatlar: Konfransın genişləndirilmiş məruzə tezisləri dərc olunacaqdır. Məruzə tezisləri həcmi -2 səhifəyədək , 1.5 intervalda, 14 şriftlə (Times New Roman), A4 formatda (soldan 3 sm, sagdan 1.5 sm, yuxarıdan 2.5 sm, aşağıdan 2 sm ) elektron formatda Azərbaycan dilində qəbul olunur. Məruzənin başlığı böyük hərflərlə , müəlliflərin adı, soyadı və iş yerlərinin adı ardıcıl sətirlərdə kiçik hərflərlə göstərilir. Elektron versiya E-mail vasitəsilə və ya diskdə təqdim oluna bilər.
Tezislərin qəbulu və əlavə məlumatların verilməsi AzMİU-nun 2-ci korpusu, 10-cu mərtəbə, 2001-ci otaq, məsul katib Aytən Əhmədova
Telefonlar: +99412-5390775 (5-30), +99450-3207816,
E-mail: [email protected]
Məruzə tezislərinin təqdim olunması üçün son tarix: 30 aprel 2021-ci il
-
27.09.2024
-
27.09.2024
-
30.08.2024
Joint scientific seminar on “Environmental Strategies for Water Resources Conservation” will be held -
28.08.2024