Xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna start verilir
20 July 2022Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama son müraciət tarixi 1 sentyabr 2022-ci ildir.
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.
Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
-
03.05.2024
Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council -
30.04.2024
Scientific seminar will be held at the Institute of Control Systems -
22.04.2024
Examinations on specialty subjects for PhD degree and academic qualification examinations will be held at ICS in May 2024 -
19.04.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək