Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar mövzusunda beynəlxalq konfrans keçiriləcək
01 May 2023Hörmətli həmkarlar!
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən avropalı tərəfdaşlarla birgə 22-23 iyun 2023-cü il tarixində Bakı şəhərində hibrid formada Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində tətbiq olunan modelləşdirmə və proqnozlaşdırma metodları ilə bağlı bilik və təcrübələrin digər dünya ölkələri ilə mübadiləsi, bu sahədə tədqiqat işlərinə və təhlil alətlərinə əlçatanlığın artırılması, eləcə də elmi-tədqiqat sahəsində beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsinə xidmət edən platformanın təşkil edilməslidir.
Konfrans çərçivəsində iştirakçıların Avropa Birliyi ölkələri tərəfindən kənd təsərrüfatı sahəsində tətbiq olunan modellər və proqnozlaşdırma metodları, həmçinin digər ölkələrdə aqrar sahənin modelləşdirilməsi və proqnozlaşdırılması sahəsində mövcud olan təcrübələr, konseptual yanaşmalarla bağlı məlumatlar və praktiki biliklər əldə etmələri üçün müzakirələr təşkil ediləcəkdir.
Konfransın aşağıdakı bölmələr üzrə təşkil olunması nəzərdə tutulur:
- Dövlət rəsmilərinin və beynəlxalq təşkilatların nümayəndələrinin mövzu ilə bağlı mesajları;
- İnkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan proqnozlaşdırma metodları və alətləri barədə təqdimatlar;
- İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə də region ölkələrində bu sahədə mövcud vəziyyət, təcrübələr və təşəbbüslər;
- Tədqiqatçıların kənd təsərrüfatının proqnozlaşdırılması metodları və alətləri tətbiq olunmaqla apardıqları tədqiqat işlərinin nəticələrinə dair müzakirələr.
-
27.09.2024
-
27.09.2024
-
30.08.2024
Joint scientific seminar on “Environmental Strategies for Water Resources Conservation” will be held -
28.08.2024