TUSİAB-in şöbə müdiri və əməkdaşı İnstitutumuzun qonağıdır
16.12.2014 / XəbərlərAKGUN Software şirkətinin Manageri və Azərbaycan Türk İşadamları Beynəlxalq Cəmiyyəti TUSİAB-in şöbə müdiri c-b Yuksel Agkun və AKGUN Software şirkətinin Rusiya və Belarusiya təmsilçisi Tapdıq Xəlilov 16 dekabr 2014-cü ilntarixində İSİ olmuşlar.
Qonaqlar İSİ-də son illərdə yaradılmış innovasiya yönümlü real tətbiqi əhəmiyyətli layihələrlə yaxından tanış olmuşlar.
AKGUN Software şirkətinin məhsullarının tətbiq edildiyi klinakalarda İSİ-də yaradılmış Urək damar sisteminin smartfonlar vasitəsi ilə monitorinqi sisteminin birgə işlənilməsi barədə ilkin razılığa gəlmişlər (danışıqlar aparılmışdır)
Eyni zamanda qonaqlar noise monitoring nəzəriyyəsi əsasında yaradılmış və neft sənayəsində tətbiq olunmuş sistem və quröuların iş prinsipi ilə tanış olmuş və bu sistemlərin digər ölkələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparmışlar.
İSİ-də yaradılmış sistemlərin presentasiyasının AKGUN Software şirkəti və TUSİAB-in dəstəyi ilə xarici şirkət nümayəndələrinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi təklifi irəli sürülmüşdür.
Danışıqların yeni 2015 ci ilin yanvar ayında davam etdirilməsi qərara alınmışdır.