ABŞ-ın Corciya Dövlət Universitetinin professoru Dr. Bijan Fazlollahi ilə görüş
26.03.2013 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev 8-26 mart 2013-cü il tarixlərdə ABŞ-ın Corciya ştatında səfərdə olmuşdur. Səfər müddətində Corciya Dövlət Universitetinin rəhbərliyi, professor müəllim heyəti və digər əməkdaşlarla, o cümlədən İdarəetmə Elmləri Departamentinin direktoru prof. Pamela S.Barr, Robinson biznes məktəbinin dekanı, prof. H. Fenwick Huss, Prof. Tad. D.Ransofer və digərləri ilə görüşlər keçirmişdir. Görüşlər zamanı bir sıra mühüm məsələlər, o cümlədən Azərbaycanda vergi siyasətinin iqtisadi artıma təsiri, vergi potensialının qiymətləndirilməsi üzrə nəzəri və praktiki əhəmiyyəti olan məsələlər müzakirə edilmişdir. Eyni zamanda Azərbaycanda maliyyə və vergi sahəsində müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının inkişafı məqsədilə Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Azərbaycan Universiteti ilə əməkdaşlığın genişləndirilməsi və bu sahədə bakalavr və magistratura pilləsində təhsilin təkmilləşdirilməsinə dair perspektiv hədəflər müəyyən edilmişdir.