AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →ОБЪЯВЛЕНИЯ
+A -A

Azərbaycan Universitetində 2023-cü ildə 3 elmi konfrans keçiriləcək

27 Yanvar 2023

Azərbaycan Universitetində 2023-cü ildə 2-si beynəlxalq, 1-i isə respublika miqyaslı olmaqla 3 elmi konfransın keçirilməsi nəzərdə tutulur.

10 mart 2023-cü ildə keçiriləcək Gənc tədqiqatçıların VI elmi konfransının məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaqdır. Gənc alim və tədqiqatçılar iqtisadiyyat, humanitar, sosial elmlər və ikt sahələri üzrə tezislərini  10 fevral 2023-cü il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. 

Konfransın səhifəsinə keçid: https://au.edu.az/az/confrances/genc_tedqiqatcilarin_altinci_respublika_elmi_konfransi

“Heydər Əliyev və Türk Dünyası” beynəlxalq konfransının 12 may 2023-cü il tarixində keçirilməsi planlaşdırılır. Konfrans, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin ümumtürk birliyi, azərbaycançılıq, türkçülük məfkurəsinin yaradılması istiqamətində xidmətlərinin, Azərbaycan Respublikasının Türkiyə və Mərkəzi Asiyanın Türk respublikaları ilə əlaqələrinin möhkəmləndirilməsi uğrunda fəaliyyətinin araşdırılması məsələlərinə həsr edilir. Konfransda həmçinin Heydər Əliyev şəxsiyyətinin Türk dünyası ədəbiyyatında, mədəniyyət və incəsənət abidələrində bədii obrazı ilə bağlı məruzələrin dinlənilməsi nəzərdə tutulub. Konfransa tezislərin son təqdim edilmə tarixi  12 Aprel 2023-cü ildir.

Konfransın səhifəsinə keçid: https://au.edu.az/az/confrances/heyder_eliyev_ve_turk_dunyasi_elmi_konfransi

“International Conference on Social Work & Social Research” beynəlxalq konfransı isə Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan) və Sakarya Universiteti (Türkiyə) ilə birlikdə təşkil edilir. 24-25 noyabr 2023-cü il tarixlərində keçiriləcək konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir. Tezislərin göndərilməsi üçün son tarix 20 oktyabr 2023-cü ildir. 

Konfransın səhifəsinə keçid: https://au.edu.az/az/confrances/social-work-and-social-research

au.edu.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта