
Modelləşdirmə, nəzarət və informasiya texnologiyaları (MCIT-2023) mövzusunda beynəlxalq konfrans keçiriləcək

Hörmətli həmkarlar!
9-11 noyabr 2023-cü il tarixlərində Ukraynanın Su və Ətraf Mühit Mühəndisliyi Universitetində “Modelləşdirmə, nəzarət və informasiya texnologiyaları (MCIT-2023)” mövzusunda VI Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək.
Qeyd edək ki, AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş elmi işçisi, t.e.d. Elxan Səbziyev sözügedən konfransın proqram komitəsinin üvzü seçilib.
Konfrans aşağıdakı elmi mövzuları əhatə edəcək:
- Hidroinformatika və su ehtiyatlarının idarə edilməsi;
- Proqram mühəndisliyi və informasiya texnologiyaları;
- Əşyaların İnterneti (IoT) və süni intellekt;
- Kiber və informasiya təhlükəsizliyi;
- Biologiya və tibbdə kompüter texnologiyaları;
- Riyazi, kompüter modelləşdirmə və hesablama üsulları;
- Robot texnikası, avtomatlaşdırma və idarəetmə;
- Ağıllı şəbəkələr və ağıllı istehlakçılar;
Konfransda iştirak ödənişsizdir.
Konfransa qeydiyyat və məqalənin təqdim edilməsi üçün son tarix – 15 sentyabr 2023-cü il.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://itconf.nuwm.edu.ua
-
23.04.2024
Состоится 2-я Международная конференция по информационным технологиям и их приложениям -
30.11.2023
Будут проведены экзамены по профильным дисциплинам на соискание ученой степени доктора философии и экзамены по академической разнице -
24.11.2023
Состоится встреча с представителями Ясамальской районной организации партии "Ени Азербайджан" -
21.11.2023
Состоится обсуждение диссертационной работы