İdarəetmə Sistemləri İnstitutunda “Diferensial tənliklərin Matlabla həlli” mövzusunda Ustad Dərsi keçiriləcək
12 Dekabr 202312 dekabr 2023-cü il tarixində saat 09:00-da AR Elm və Təhsil Nazirliyi Sabah qruplarının Azərbaycan Texniki Universiteti üzrə bölməsinin təşəbbüsü və AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı ilə r.e.d. Yeganə Əşrəfovanın Azərbaycan Texniki Universiteti Sabah qruplarının “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan 2-ci kurs 682.s1 qrup tələbələrinə “Diferensial tənliklərin Matlabla həlli” mövzusunda Ustad Dərsi (MasterClass) keçiriləcəkdir.
İSİ-nin böyük akt zalında baş tutacaq tədbirə ali məktəb tələbələri, magistr, doktorant və gənc əməkdaşlar dəvətlidirlər.