
“Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu aparılır
16 Yanvar 2021
Türkiyə Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu aparılır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqrama sənəd qəbulu fevralın 20-dək davam edəcək.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış olmaq mümkündür.
mənbə: azertag.az


