Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Əsas Qrant Müsabiqəsini elan edir
23 May 2022«Əsas Qrant Müsabiqəsi - 2022» - nin proqramı qabaqcıl texnologiyaların, kəşflərin və perspektivli inkişafların sayını artırmaq üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlardan tutmuş nümayiş layihələrə və innovasiyalara qədər geniş spektrli fəaliyyətləri dəstəkləyir. «Əsas Qrant Müsabiqəsi - 2022» -nin əsas məqsədi müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmi səviyyəni yüksəltmək və yeganə meyar olan tədqiqatın elmi əhəmiyyətini rəhbər tutaraq alimlərin özləri tərəfindən təklif olunan mövzular üzrə tədqiqatları dəstəkləməkdir. EİF-in qrantları tədqiqat qrupları tərəfindən həyata keçirilən tədqiqat layihələrinə ayrılır. Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur. Müsabiqədə iştirak etmək üçün layihələr 25 aprel 2022 – 30 iyun 2022 il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin açıqlanması 2022-ci ilin sonunda planlaşdırılır. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcəkdir.
Elmin İnkişafı Fondunun mətbuat xidməti
-
15.05.2024
Состоится 3-я Международная конференция по проблемам логистики, управления и эксплуатации в транспортном коридоре Восток-Запад (PLMO 2024) -
03.05.2024
На заседании Диссертационного совета ED 1.20 состоится защита диссертационной работы -
30.04.2024
В Институте систем управления состоится научный семинар -
23.04.2024
Состоится 2-я Международная конференция по информационным технологиям и их приложениям