
UNESCO-Al Fozan Beynəlxalq Mükafatına müraciətlərin qəbulu elan edilmişdir
06 İyul 2022
Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat sahələrinə gənc tədqiqatçıların cəlb edilməsi məqsədilə 2022-ci ildə təsis edilən UNESCO-Al Fozan Beynəlxalq Mükafatına müraciətlərin qəbulu elan edilmişdir. Mükafatın şərtlərinə əsasən dünyanın 5 regionunun (Afrika və Ərəb ölkələri, Asiya-Sakit okean, Avropa, Latın Amerikası və Şimali Amerika regionları) hər birindən bir qalibin seçilməsi və qaliblərin mükafatla təltif olunması nəzərdə tutulur.
UNESCO-ya üzv ölkələr sözügedən mükafata elmi tədqiqat, təhsil və əməkdaşlıq üzrə müstəsna xidmətləri olan gənc alimlərin namizədliyini təqdim etməyə dəvət olunurlar. Namizədlər 15 noyabr tarixinədək üzv ölkələrin UNESCO üzrə milli komissiyaları tərəfindən https://unescoalfozanprize.org/ onlayn platforma vasitəsilə qeydiyyatdan keçirilməlidir. Sözügedən mükafata namizəd olduğu təqdirdə müvafiq məlumatın 30 oktyabr tarixinədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə (əlaqələndirici şəxs: Röya Səfərova -tel: 4925349; E-mail: [email protected] ) məktubla bildirilməsini xahiş edirik.
-
09.12.2025
Состоится научный семинар Института систем управления -
05.12.2025
Состоится 4-я Евразийская конференция по взаимодействию человека и компьютера (HCI-E2025) -
03.12.2025
Состоится Международный симпозиум на тему «Новые исследовательские методологии в области компьютерных наук и современные модели промышленно-академического сотрудничества» -
27.11.2025
Состоится очередное заседание Ученого совета


