UNESCO-Al Fozan Beynəlxalq Mükafatına müraciətlərin qəbulu elan edilmişdir
06 July 2022Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat sahələrinə gənc tədqiqatçıların cəlb edilməsi məqsədilə 2022-ci ildə təsis edilən UNESCO-Al Fozan Beynəlxalq Mükafatına müraciətlərin qəbulu elan edilmişdir. Mükafatın şərtlərinə əsasən dünyanın 5 regionunun (Afrika və Ərəb ölkələri, Asiya-Sakit okean, Avropa, Latın Amerikası və Şimali Amerika regionları) hər birindən bir qalibin seçilməsi və qaliblərin mükafatla təltif olunması nəzərdə tutulur.
UNESCO-ya üzv ölkələr sözügedən mükafata elmi tədqiqat, təhsil və əməkdaşlıq üzrə müstəsna xidmətləri olan gənc alimlərin namizədliyini təqdim etməyə dəvət olunurlar. Namizədlər 15 noyabr tarixinədək üzv ölkələrin UNESCO üzrə milli komissiyaları tərəfindən https://unescoalfozanprize.org/ onlayn platforma vasitəsilə qeydiyyatdan keçirilməlidir. Sözügedən mükafata namizəd olduğu təqdirdə müvafiq məlumatın 30 oktyabr tarixinədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə (əlaqələndirici şəxs: Röya Səfərova -tel: 4925349; E-mail: [email protected] ) məktubla bildirilməsini xahiş edirik.
-
15.05.2024
3rd International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor (PLMO 2024) will be held -
03.05.2024
Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council -
30.04.2024
Scientific seminar will be held at the Institute of Control Systems -
23.04.2024
2nd International Conference on Information Technologies and their Applications to be held