AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

AMEA Rəyasət Heyətinin nümayəndələri YT Parkda yaradılmış innovativ mühiti yüksək qiymətləndiriblər

07.01.2021 / Конференции, собрания

AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov, AMEA Prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, İşlər idarəsinin müdiri, texnika elmləri doktoru Elton Məmmədov və AMEA Prezidentinin köməkçisi, fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov Yüksək Texnologiyalar Parkında olublar.

AMEA Rəyasət Heyətinin nümayəndələri texnoparkın ərazisi və rezidentləri ilə yaxından tanış olublar. Burada onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzinə baxış zamanı qonaqlara bu laboratoriyanın imkanları, həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti  barədə məlumat verilib. Bildirilib ki, Mərkəzdə qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınaqları, eləcə də digər eksperimentlər həyata keçirilir. Qeyd olunub ki, ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş bu laboratoriyanın fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə mütəmadi olaraq işlər görülür. Bu məqsədlə görülmüş işlərdən biri də “İntertek Azeri LTD” MMC ilə təcrübə-test-sınaq işlərinin təşkilini həyata keçirməyi nəzərdə tutan əməkdaşlığa dair müqavilənin imzalanmasıdır.

Yüksək Texnologiyalar Parkının direktoru Vasif Abbasov çıxış edərək ölkəmizdə dünyada mövcud olan innovativ texnoloji yeniliklərin inkişaf etdirilməsinə, yenilikçi təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə hər zaman böyük dəstək verildiyini bildirib. AMEA-da da bu kimi innovasiyayönümlü tədqiqat və tətbiqi layihələrə xüsusi diqqət yetirildiyini vurğulayan direktor bu istiqamətlərdə rəhbərlik etdiyi müəssisədə görülən işlərdən bəhs edib. O, Parkda innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılmasına dair mühüm işlərin həyata keçirildiyini söyləyib.

V.Abbasov texnoparkın ilk rezidenti olan Təcrübə-Sənaye Zavodunun imkanlarından da bəhs edərək, zavodun yüksək keyfiyyətli sürtkülərin istehsalında son 5 il ərzində böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu müəssisə respublikanın yağ təminatının 70 faizə qədərini istehsal etmək potensialına malikdir.

Sonda AMEA Rəyasət Heyətinin nümayəndələri Yüksək Texnologiyalar Parkında beynəlxalq sertifikatlı cihazlar vasitəsilə müasir texnologiyalar əsasında alınan məhsulları, ümumilikdə Parkda yaradılan innovativ mühiti, icra edilən layihələri yüksək qiymətləndiriblər. Həmçinin gələcəkdə texnoparkın fəaliyyətinin daha da təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

mənbə: science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта