AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Qarabağ müharibəsinin iştirakçıları daim diqqət mərkəzindədir

14.01.2021 / Конференции, собрания

2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı böyük əzm və şücaət göstərərək qalib gəlib. Müharibə başlanan gündən əhalinin bir çox hissəsi orduya könüllü olaraq yazılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından da orduya könüllü yazılaraq səfərbərlik zamanı böyük ruh yüksəkliyi ilə döyüşlərdə iştirak etmiş əməkdaşlar olub. Əməkdaşların ailə üzvləri də döyüşlərdə iştirak edib, bəziləri yaralanıb, şəhid olub və bəziləri də sağ-salamat ailələrinin yanına qayıdıblar. Bu əməkdaşlara müharibə müddətində daim diqqət göstərilib və ailələrinə maddi yardımlar edilib.

Radiasiya Problemləri İnstitutunun əməkdaşı baş leytenant Ramin Qəribov Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, Cəbrayıl uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb, ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu qoyulub. Döyüşlərdə göstərdiyi şücaətə görə hərbi komandanlığın Fəxri fərmanı ilə təltif edilib.

Radiasiya Problemləri İnstitutunun digər əməkdaşı Samir Mustafayev isə çavuş-manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. AMEA-nın döyüşlərdə iştirak etmiş digər əməkdaşları kimi, Radiasiya Problemləri İnstitutunun sözügedən mütəxəssislərinin ailələrinə Həmkarlar Təşkilatı tərəfindən döyüşlərdə olduğu müddətdə min manat məbləğində maddi yardım edilib.

AMEA-nın Azad Həmkarlar İttifaqı tərəfindən isə bu əməkdaşlara yanvar ayına Abşeron və Günəşli sanatoriyalarına pulsuz yollayışlar verilib. Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının sosial məsələlərinin həlli daim AMEA-nın Azad Həmkarlar İttifaqının diqqət mərkəzindədir.

mənbə: science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта