AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Horizon 2020 Tədqiqat və İnnovasiya Proqramı üzrə məlumatlandırma vebinarları davam etdirilib

02.02.2021 / Конференции, собрания

Avropa Komissiyasının Horizon 2020 Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində beynəlxalq layihələrdə iştirak edən Azərbaycanlı alimlər, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universitetinin əməkdaşları üçün Yaşıl Razılaşma (Green Deal Call) Çağırışı üzrə məlumatlandırma vebinarı təşkil edilib.

Vebinar AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin koordinatorluğu ilə Horizon 2020 üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin üzvləri tərəfindən keçirilib və Yaşıl Razılaşma Çağırışını əhatə edən 10 tematik sahə və müvafiq mövzular üzrə ətraflı məlumat verilib.

İqlim fəaliyyətləri, ətraf mühit, resurs səmərəliliyi və xammal istiqaməti üzrə MƏŞ Rövşən Kərimov Çağırış üzrə “Artmaqda olan iqlim ambisiyaları: sahələrarası problemlər” tematik sahəsinin mövzuları, Horizon 2020 portalında qeydiyyat qaydaları, həmçinin 2021-2027-ci illəri əhatə edəcək yeni Horizon Europe Proqramının prioritetlərini diqqətə çatdırıb.

COST Action Proqramı üzrə MƏŞ İlham Hümbətov və Mari Sklodovskaya-Küri Proqramı üzrə MƏŞ Zaur Həsənov bu proqramların geniş imkanları və Azərbaycanlı alimlər tərəfindən uğurla həyata keçirilən layihələr haqqında ətraflı məlumat veriblər.

Hüquq və maliyyə aspektləri üzrə MƏŞ Tofiq Babayev “Avropa Yaşıl Çağırışlarına dəstək üçün biliklərin artırılması”, “Davamlı və ağıllı mobillik” və “Neytral iqlimli və davamlı Avropaya keçid üçün vətəndaşların imkanlarının genişləndirilməsi”, “Enerji və resursa qənaət edən səmərəli tikililər”, Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz və dəniz tədqiqatları, bioiqtisadiyyat və biotexnologiya üzrə MƏŞ Fərid Seyfullayev “Fermadan çəngələ”, Kosmos istiqaməti üzrə MƏŞ Aynurə Məsimova “Biomüxtəliflik və ekosistem xidmətləri” tematik sahələri və bu sahələr üzrə müxtəlif mövzuların məqsədləri və gözlənilən nəticələrlə vebinar iştirakçılarını tanış ediblər.  

 

mənbə: science.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта