AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri ilə onlayn görüş keçirilib

23.02.2021 / Конференции, собрания

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev “Horizon-2020” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri ilə onlayn görüş keçirib. Görüşdə 2018-2020-ci illər ərzində MƏŞŞ-in fəaliyyəti, “Horizon-2020” çərçivəsində məlumatlandırma istiqamətində həyata keçirilən tədbirlər, problemlər və gələcək proqramlar müzakirə edilib.

Şəbəkənin üzvləri Tofiq Babayev, Zaur Həsənov, Rövşən Kərimov, İlham Hümbətov, Raziya İsayeva, Rüfət Efendiyev, Elşən Əhmədov, Fərid Seyfullayev, Rəhimə Qabulova, Aynurə Mənsimova və Fərhad Əliyev məsul olduqları istiqamətlər üzrə həyata keçirilmiş tədbirlərə dair hesabat təqdim edib, qarşılaşdıqları problemləri diqqətə çatdırıb və gələcəkdə daha səmərəli fəaliyyət üçün təkliflərini səsləndiriblər.

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva son illərdə Azərbaycanın elm, təhsil və səhiyyə müəssisələrinin, həmçinin dövlət təşkilatlarının alim və mütəxəssislərinin “Horizon-2020” Proqramının istiqamətləri və açıq çağırışlar üzrə məlumatlandırılması istiqamətində təşkil edilən seminar və vebinarlar haqqında məlumat verib. Qeyd edib ki, geniş auditoriyanın təfsilatlı məlumatlarla təmin edilməsi üçün “Horizon-2020” Proqramı və onun çağırışlarına müraciət qaydaları, həmçinin COST və Maria Sklodovskaya-Küri proqramları üzrə video materiallar hazırlanıb və AMEA-nın rəsmi veb səhifəsində və sosial şəbəkələrdə yayılıb.

Görüş zamanı qeyd edilib ki, həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan alimləri tərəfindən “Horizon-2020” üzrə uğurlu layihələrin sayı artır, bu nəticə xüsusilə COST və Maria Sklodovskaya-Küri proqramları üzrə nəzərə çarpandır. MƏŞŞ üzvləri tərəfindən regional maraq kəsb edən prioritet istiqamətlərə diqqətin artırılması, beynəlxalq təcrübəyə malik alimlərlə xüsusi görüşlərin keçirilməsi, yerli alimlərdən ibarət konsorsiumların təşkili və konkret istiqamətlər üzrə hədəf qruplarının yaradılmasının əhəmiyyəti vurğulanıb. Yeni başlanan “Horizon Europe” çərçivəsində MƏŞŞ-in tərkibi və fəaliyyətində dəyişiklik və təkmilləşdirmələr müzakirə edilib.

Akademik İ.Quliyev son 2 ildə MƏŞŞ üzvlərinin sistemli və səmərəli fəaliyyətini yüksək qiymətləndirib və prioritet kimi Xəzər üzrə tədqiqatlar, iqlim dəyişmələri, biotibb, enerji, ərzaq təhlükəsizliyi, informasiya texnologiyaları və s. kimi sahələr üzrə fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. MƏŞŞ üzvlərinin fəaliyyəti və “Horizon-2020” çərçivəsində uğurlu layihələr haqqında məlumatların geniş auditoriyaya təqdim edilməsi təklif edilib. “Horizon Europe” çərçivəsində çağırışlarda Azərbaycan alimlərinin iştirak səviyyəsinin yüksəldilməsi məqsədilə strategiya planının hazırlanması qərara alınıb.

Qeyd edək ki, onlayn görüşdə Xarici əlaqələr idarəsinin Elmi layihələrin idarə edilməsi şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruslan Qasımov və şöbənin müdir müavini Aytən Hüseynova da iştirak ediblər.

 

mənbə: science.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта