MEK Nizami Gəncəvi barədə rus dilində videoslayd hazırlayıb
10.03.2021 / Конференции, собранияBildiyimiz kimi, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.
Qeyd edək ki, bu günə kimi AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Nizami Gəncəvinin əsərləri, həmçinin dahi şairə həsr olunmuş əsərlərdən ibarət üçhissəli videoslayd hazırlanıb və burada 150-dən artıq dəyərli nəşrlər yer alıb.
Bu dəfə isə MEK “Nizami Gəncəvi İli” çərçivəsində kitabxananın fondlarında saxlanılan seçmə nəşrlərdən hazırlanmış “Низами Гянджеви” adlı videoslaydı rus dilində təqdim edir.
Həmin video slaydı buradan izləyə bilərsiniz.
mənbə: science.az