Rumıniyada təhsil üçün təqaüd proqramı
18.03.2021 / Конференции, собранияRumıniya Xarici İşlər Nazirliyi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ali təhsilin bakalavr, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.
Təqaüd proqramına müraciət üçün son tarix aprelin 30-dur. Ətraflı məlumatı nazirliyin saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək olar.
mənbə: azertag.az