AMEA İdarəetmə Sistemləri İnstitutunun alimi Beynəlxalq konfransda plenar məruzə edəcək
31.03.2021 / Конференции, собранияAMEA İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı laboratoriyasının rəhbri AMEA-nın müxbir üzvü, prof. Kamil Ayda-zadə 12-22 aprel 2021-ci il tarixlərində Rusiyanın Novosibirks şəhərində keçiriləcək "Tərs və qeyri-korrekt məsələlərin nəzəriyyəsi və ədədi həlli" mövzusunda XIII beynəlxalq elmi konfrans və gənc alimlərin məktəbi çərçivəsində akademik Yu.Q. Yevtuşenko tərəfindən təşkil olunan “Tərs məsələlərin həlli üçün optimallaşdırmanın ədədi üsullarının tətbiqi” seksiyasında plenar məruzə ilə çixış edəcəkdir. “Qərarlaşmamış mayenin hərəkəti zamanı mürəkkəb strukturlu boru kəmərlərində sızma yerlərinin və həcminin təyini” mövzusunda plenar məruzənin 14-15 aprel tarixlərində online formatda edilməsi planlaşdırılır.
Konfransla ətraflı aşağıdakı linkdən tanış olmaq olar:
http://conf.ict.nsc.ru/tcmiip2021/general_info