AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb

31.03.2021 / Конференции, собрания

Elmin İnkişafı Fondu müxtəlif ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla (fondlarla, agentliklərlə, şuralar ilə) beynəlxalq əlaqələrini genişləndirir və birgə qrant müsabiqələri keçirir.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi üzrə 12 qalib layihə müəyyənləşdirilib.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından gənc alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi xarakterli və 75 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e - QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə 2020-ci il avqustun 7-dən sentyabrın 18-dək təqdim edilib. Müsabiqədə AMEA-nın təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak ediblər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddətdə iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət vebinarları keçirilib.

Elmin İnkişafı Fondu müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini təşkil edib. Fondun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirib, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirib, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə rəylər, arayışlar və tövsiyələr hazırlayıblar.

Qalib layihələr AMEA-nın Riyaziyyat və Mexanika, Fizika, İnformasiya Texnologiyaları, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar institutları, Milli Azərbaycan Tarixi Muzeyi, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, İstanbul Medipol Universiteti, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində yerinə yetiriləcək. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir. Bir layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 4 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə, 3 layihə biologiya, tibb və aqrar elmləri üzrə və 3 layihə humanitar və ictimai elmlər üzrə qalib olub. Qalib layihə rəhbərlərindən 6-sı qadındır. Qalib layihələr 2021-ci ildən başlayaraq maliyyələşdiriləcək.

Müsabiqənin nəticələri ilə Elmin İnkişafı Fondunun internet səhifəsində tanış olmaq mümkündür.

 

mənbə: azertag.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта