AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir
02.04.2021 / Конференции, собранияAzərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 12 mart 2021-ci il tarixli 34 №-li “AMEA-da doktoranturaya və dissertanturaya qəbulun keçirilməsi haqqında” sərəncamına əsasən 02 aprel 2021-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas üzrə qəbul imtahanı keçirilmişdir. Qəbul imtahanının keçirilməsi üçün İnstitutda qəbul komissiyası yaradılmışdır. İmtahanda 1203.01– “Kompüter elmləri” ixtisası üzrə 2 iddiaçı iştirak etmişdir. İddiaçılar test üsulu ilə 50 sualı cavablandırmış və imtahan uğurla başa çatmışdır.