AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

İdarəetmə Sistemləri İnstitutunun təşəbbüsü ilə AMEA-nın Yüksək Texnologiyalar Parkına şagirdlərin ekskursiyası təşkil olunub

25.06.2021 / Конференции, собрания

Məlum olduğu kimi, ölkəmizdə elmə, təhsilə daim xüsusi diqqət göstərilir, bu sahələrin inkişafına,  yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük önəm verilir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda gənclərin elmə marağının artırılması qarşıya vacib vəzifə kimi qoyulub. Strategiyaya müvafiq olaraq, ölkəmizdə istedadlı şagirdlərin potensialının inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. AMEA-nın da təşkilatçısı olduğu “Sabahın alimləri” layihəsi şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsir göstərən müsabiqələrdəndir. Layihə üzrə orta təhsil müəssisələrində fəaliyyət göstərən xüsusi qruplara Akademiyanın alimləri rəhbərlik edir.

2022-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulan növbəti layihəyə hazırlıq məqsədilə Bakı şəhərində yerləşən 189-190 saylı tam orta məktəbin şagirdləri üçün AMEA-nın Yüksək Texnologiyalar Parkına (YT Park) ekskursiya təşkil edilib.

Ekskursiya AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun təşəbbüsü ilə baş tutub. Əsas məqsəd şagirdlərdə elmə, biliyə, yüksək texnologiyalara, o cümlədən bu kimi layihələrə marağın artırılmasıdır.

Ekskursiya zamanı YT Parkın ərazisinə baxış keçirilib, şagirdlər burada müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza ilə yaxından tanış olublar. Məktəblilər, həmçinin YT Parkın ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş Strateji Elmi Analitik Mərkəzinin reallaşdırdığı layihələr, görülən işlərlə bağlı məlumatlandırılıblar.

Ekskursiyada gələcəyin tədqiqatçılarına texnoparkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən hazırlanan dronların uçuş imkanları nümayiş olunub, bu dronların strateji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, ekskursiyada İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva və həmin institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Rəşad Məstəliyev,189-190 saylı tam orta məktəbin müəllimləri Nüşabə Əhmədova və Səbinə Əliyeva da iştirak ediblər.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта