Texniki-humanitar liseyə AMEA-nın Fəxri üzvü, görkəmli elm xadimi Lütfi Zadənin adı verilib
01.07.2021 / Конференции, собранияNazirlər Kabineti görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütfi Zadənin adı verilib. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək. Təhsil Nazirliyi isə bu qərardan irəli gələn məsələləri həll edəcək.
mənbə: frteb.science.az