İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər
04.11.2021 / Конференции, собранияAMEA İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 2021-ci il noyabrın 3-də “Mürəkkəb sistemlərin kompüter modelləşdirilməsi və optimallaşdırılması” VII beynəlxalq elmi-texniki konfransında “Çevik-təşkilati idarəetmədə modifikasiya olunmuş dinamik proqramlaşdırmanın tətbiqi” mövzusunda plenar məruzə etmişdir.
Konfransda İSİ-nin Fövqəladə hallarda idarəetmə laboratoriyasının əməkdaşları - riyaziyyat üzrə fəlsəfə doktoru Ramin Zeynalov və Lamiyə Nəcəfova da iştirak ediblər. Konfrans öz işini noyabrın 5-dək davam edəcək.
Qeyd edək ki, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, həmçinin adı çəkilən Beynəlxalq konfransın Proqram komitəsinin üzvüdür.