Yeni antikor kəşf edilib
10.11.2021 / Конференции, собранияPekin Genom Elmi Qabaqcıl İnnovasiya Mərkəzi tərəfindən koronavirusun bütün variantlarına qarşı tam təsirli antikor kəşf edilib.
Laboratoriya araşdırmalarında “DXP-604” adlı antikorun virusun bütün mutasiyalarına qarşı təsirli olduğu və bu antikordan istifadə edilərək istehsal edilən dərmanın ikinci mərhələ klinik sınaqlarına başlanıldığı bildirilib.
İndiyədək 14 xəstə üzərində sınaqdan keçirilən dərmanın virusun simptomlarını aradan qaldırmaqda effektiv olduğu müəyyən edilib.
Çin və ABŞ-da fəaliyyət göstərən “Brii Bionsciences” adlı şirkət də “BRII-96” və “BRII-198” adlı iki antikoru birləşdirən dərmanın təcili istifadəsi üçün ABŞ Dərman və Qida İdarəsinə müraciət edib.
Üçüncü mərhələ klinik sınaqlarında dərmanın COVID-19 xəstələrinin ölüm və xəstəxanaya yerləşdirilmə nisbətlərini 78% azaltdığı müşahidə edilib.
Qeyd edək ki, Çində COVID-19 üçün təsdiqlənmiş dərman və ya müalicə üsulu yoxdur.