AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Türkiyəli alimlər koronavirus riskini hesablayan model hazırlayıblar

23.11.2021 / Конференции, собрания

Dünyada COVID-19 virusunun insanlara fərqli təsiri ilə bağlı araşdırmalar aparılmaqdadır.

Alimlər yaş, qan qrupu, xroniki xəstəlik və gen quruluşu kimi 4 fərqli məlumatı nəzərə alaraq, COVID-19 səbəbiylə ağır xəstələnmənin və ya xəstəliyin asemptomatik olacağını hesablayan model işləyiblər.

Ankara Universitetinin alimlərinin apardıqları araşdırmanın nəticələri “Immunogenetics'” beynəlxalq elmi jurnalında dərc edilib.

Araşdırma reanimasiyaya ehtiyacı olan və COVID-19-dan sağ çıxan 130 xəstə və 440 sağlam insan üzərində aparılıb.

Virusun hər kəsə fərqli təsir etməsinin səbəbi kimi tədqiqat üçün yaş, qan qrupu, xroniki xəstəlik və genetik olaraq 4 fərqli parametr təyin edilib.

“Artıq xroniki xəstəliklərin xəstəliyin gedişatına necə təsir etdiyi məlumdur. Araşdırmamızın orijinal hissəsi immuniteti təyin edən genlərdən biri olan KIR genlərinin qanunauyğunluqları üzərindədir. Ətraf mühit faktorlarının təsiri ilə seçilərək bizə çatan bu genlərin immun sistemdə və orqanizmin xəstəliklərə reaksiyasında da mühüm faktor olduğunu kəşf etdik”, - deyə tədqiqat qrupu açıqlayıb.

Hazırlanan model COVID-19 ilə yoluxma halında xəstəliyin necə aradan qaldırılacağını əvvəlcədən hesablaya bilir.

Həmçinin bildirilib ki, hazırda dünyada mövcud qiymətləndirmə sistemləri infeksiya başladıqdan sonra baş verən proseslərə əsaslanır. Lakin yeni tədqiqat işinin üstünlüyü ondan ibarətdir ki, kimin daha çox müdafiə olunması lazım olduğu müəyyən edilir.

Patent qiymətləndirmə prosesində olan model təkcə COVID-19 üçün deyil, digər infeksiyalar üçün də faydalı hesab edilir.

Aztibb.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта