Sabah ilin sonuncu Günəş tutulması olacaq
03.12.2021 / Конференции, собранияDekabrın 4-də ilin sonuncu Günəş tutulması baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır.
Təbiət hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda müşahidə edilməyəcək.